Hüseyn Böyükfırat Azərbaycana buraxıldı- İş adamı Bakıdadır

"Böyükfırat” restoranlar şəbəkəsinin sahibi, tanınmış türkiyəli iş adamı Hüseyn Böyükfıratın artıq Azərbaycana girişinə qoyulan qadağa aradan götürülüb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə Hüseyn Böyükfırat ötən axşam Bakı Hava Limanından sərbəst Azərbaycana daxil olub.

Qeyd olunub ki, H.Böyükfırat artıq Azərbaycanda iş başındadır, onun Azərbaycana girişinə və fəaliyyətinə qoyulan qadağalar tam aradan qaldırılıb.

Onu da xatırladaq ki, “Böyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Böyükfırat ölkəmizə gələrkən Hava Limanından geri qaytarılıb. H. Böyükfırat FETÖ işi ilə bağlı son günlər Türkiyədə bir sıra məhkəmə proseslərinə qatılan Hüseyn Böyükfırat həmin ifadələrində FETÖ-nun ən güclü dayaqlarının Azərbaycanda olduğunu dilə gətirib. O zaman saytımıza açıqlamasında onu Azərbaycana FETO-nun buraxmadığını demişdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar