Rusiya donanması Kubada!

AzPolitika.info Rusiya KİV-inə istinadla xəbər verir ki, Rusiyanın Baltik donanması gəmiləri Kubaya işgüzar səfərə gəlib.

«İnterfaks» agentliyi hərbi mənbələrə istinadla xəbər verir ki, «Yaroslav Mudrıy» gözətçi gəmisi və bir tanker Havana limanına daxil olub.

Bundan əvvəl Rusiyanın Federasiya Şurası bəyanat qəbul edərək, ABŞ-ı Kubanın ticari, maliyyə və iqtisadi blokadasını aradan götürməyə çağırmışdı.

Müdafiə nazirliyindən isə Rusiyanın xaricdəki, o cümlədən, Kubadakı keçmiş hərbi bazalarının bərpa olunacağını istisna etmirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar