İBRAHİMOVUN "İŞ ADAMLARI"nın BİLET PULU DAVASI – Baş tutmayan forumla bağlı ilginc məqamlar

Komitə hətta bilet pulu da kassasına ağır gələn şəxsləri Azərbaycanın iqtisadiyyatına yatırım edə bilən, böyük iş adamları kimi sırımağa çalışıb

Oktyabrın 28-də Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun qəfil təxirə salınmasıyla bağlı bir sıra biabırçı faktlar üzə çıxıb. BakiPost.az-a daxil olan məlumata görə, Foruma dəvət olunan "iş adamları”nın bəziləri Azərbaycanın səfirliklərinə müraciət edərək, biletə ödədikləri pulu geri istəyiblər. Həmin şəxslər kiminsə məsuliyyətsizliyi ucbatından pul itirdiklərini, biletləri isə geri qaytara bilmədiklərini söyləyiblər.

Təkcə bu fakt Forumun təxirə salınmasının səbəbləriylə bağlı yayılan

Xatırlatmaq yerinə düşər ki, belə bir formatda forumun təşkil edilməsini bu ilin iyununda Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında prezident İlham Əliyev tövsiyə etmişdi. Prezident qurultaydakı çıxışında xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkənin kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına, xüsusilə iqtisadiyyatın real sektoruna sərmayə qoymağa çağırmışdı.

Diaspor Komitəsi daha çox iqtisadi sferaya aid olan belə bir forumun təşkilatçılığını tərəddüd etmədən üzərinə götürmüşdü. Bundan sonra Prezident Administrasiyasının rəhbəri iyunun 27-də xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəmizə sərmayə qoymasının təşviqi, habelə onların diaspor quruculuğu işinə daha geniş cəlb olunması məqsədilə 2016-cı ilin son rübündə belə bir forumun keçirilməsinə sərəncam verib.

Amma foruma 10 gün qalmış Diaspor Komitəsi gözlənilmədən tədbirin keçirilməyəcəyini bəyan etdi.

Tədbirin hansı səbəblərdən baş tutmamasından asılı olmayaraq, bu cür qərar verilməsi hakimiyyətin Diaspora Komitəsinin fəaliyyətindən narazı olduğunu göstərir. Elə buna görə də, Nazim İbrahimov nə qədər yaxşı kadr, uğurlu siyasətçi hesab olunsa da, onun görəvdən alınması barədə informasiyalar dolaşmağa başlayıb.

Qeyd edək ki, oktyabrın 28-də Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlı İş Adamlarının Forumu təxirə düşüb. Diasporla İş Üzrə Dövlət Komitəsinin tədbirin təxirə salınmasıyla bağlı rəsmi məlumatında isə deyilir: "Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi ilə bağlı rəsmi məlumatın yayılmasından sonra dünyanın bir çox ölkələrindən Təşkilat Komitəsinə çoxsaylı müraciətlər daxil olub. Müraciətlərdə müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyətilə məşğul olan soydaşlarımız tərəfindən forumun proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürülüb. Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb və tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb. Qeyd edilənlərlə əlaqədar, Təşkilat Komitəsi 2016-cı il oktyabr ayının 28-29-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun daha münasib bir vaxtda keçirilməsini məqsədəuyğun hesab edib".

AzPolitika.info-dan: Qeyd edək ki, "AzPolitika.info" Dünya Azərbaycanlı İş Adamlarının I Forumuna sayılı günlər qalmış tədbirin təxirə salınmasının səbəbləri ilə bağlı hələ 2 gün öncə geniş yazı dərc edib(bax: NAZİM İBRAHİMOVUN FİASKOSU… – İnvestorlar adı ilə Bakıya kimləri dəvət edirmiş?). Hökumət dəhlizlərində Forumun təxirə salınmasını Komitə sədrinin fiaskosu kimi qiymətləndirilir və buna görə Nazim İbrahimovun vəzifədən götürüləcəyi ehtimal edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar