RƏSMİ QƏZETDƏ BÖYÜK SAXTAKARLIQ - Nazirin adından yazı dərc olundu - QALAMAQAL

mikayil01Təhsil Nazirliyi “Respublika” qəzetində təhsil naziri Mikayıl Cabbarova məxsus olduğu göstərilən yazıyla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən ““Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov isə Modern.az-a deyib ki, bu, rəsmi müraciət əsasında hazırlanan məqalədir:

“Bu məqalə bizim sifarişimiz və xahişimizlə nazirliyin aparatında yazılıb, bu barədə özləri xəbərdardırlar. Bizə təqdim olunan məqaləni də çap etmişik. Bəzi araqarışdıranlar var ki, özlərini işgörən kimi təqdim etməyə çalışırlar.

Mən bu qəzetin baş redaktoruyam, özbaşına iş görərəmmi heç? Durub kiminsə adından məqalə yazıb çap edərəmmi heç?”.

Qəzet rəsmisi məqalədə nazirlə bağlı hər hansı neqativ məqam olmadığını bildirib:

“Nazir təhsilin inkişafı ilə, aparılan siyasətlə bağlı öz mülahizələrini danışıb. Əgər dəqiq öyrənmək istəyirsinizsə, cənab nazirin özündən soruşun. Onda əmin olacaqsınız ki, nazirin icazəsi olmadan biz bunu çap etmərik. Əgər məqalə nazirin adından çıxıbsa, deməli 100 faiz Mikayıl Cabbarovun məsələdən xəbəri var”.

1477561362_14601069_1286705248067339_2055427833983683093_nb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar