RƏSMİ QƏZETDƏN "NAZİRİN MƏQALƏSİ" İLƏ BAĞLI ETİRAF - Özləri düzüb-qoşub!

"Dərc olunan məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsasən hazırlanıb"

trend_mikayil_cabbarov_281114“Respublika” qəzetinin bugünkü sayında təhsil naziri Mikayıl Cabbarova məxsus olduğu qeyd olunan məqalə ilə bağlı açıqlama dərc olunub.

Qəzetin 28 oktyabr tarixli sayında press-reliz başlıqlı mətndə bildirilir ki, qəzetin ötən günkü sayında dərc olunan məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsasən hazırlanıb: Azərbaycan Respublikasının Təhsil Nazirliyivə “Respublika” qəzeti bildirirlər ki, qəzetin 2016-cı il 27 oktyabr tarixli nömrəsində dərc olunmuş “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsaslanıb. Yaranmış anlaşılmazlıq əməkdaşların məsələni tam araşdırmaması nəticəsində ortaya çıxmış və lazım olmayan əks-sədaya səbəb olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Respublika” qəzeti mövzu ilə bağlı əlavə şərhlərə ehtiyac görmürlər”.

Xatırladaq ki, rəsmi dövlət qəzeti “Respublika”nın dünənki sayında müəllifi Təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən məqalə dərc olunub. Bu haqda açıqlama yayan Təhsil Nazirliyinin mətbuat xidməti isə sözügedən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazının əslində nazirə heç bir dəxli yoxdur: “Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”.

“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov isə Modern.az-a deyib ki, bu, rəsmi müraciət əsasında hazırlanan məqalədir: “Bu məqalə bizim sifarişimiz və xahişimizlə nazirliyin aparatında yazılıb, bu barədə özləri xəbərdardırlar. Bizə təqdim olunan məqaləni də çap etmişik. Bəzi araqarışdıranlar var ki, özlərini işgörən kimi təqdim etməyə çalışırlar. Mən bu qəzetin baş redaktoruyam, özbaşına iş görərəmmi heç? Durub kiminsə adından məqalə yazıb çap edərəmmi heç? Nazir təhsilin inkişafı ilə, aparılan siyasətlə bağlı öz mülahizələrini danışıb. Əgər dəqiq öyrənmək istəyirsinizsə, cənab nazirin özündən soruşun. Onda əmin olacaqsınız ki, nazirin icazəsi olmadan biz bunu çap etmərik. Əgər məqalə nazirin adından çıxıbsa, deməli 100 faiz Mikayıl Cabbarovun məsələdən xəbəri var”.

Lakin "Respublika"nın qalmaqalla bağlı bugünkü "arayışından" belə məlum olur ki, haqlı tərəf Təhsil Nazirliyi imiş - rəsmi qəzet sözügedən məqaləni Təhsil Nazirliyinin məlumatları əsasında özü düzüb-qoşub və nazirin adından dərc edib. M.Cabbarov isə prinsipiallıq göstərərək, bu saxtakarlığı ictimailəşdirib.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar