Şadlıq evinin sahibi məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

N.Əliyevin vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxsin Qarabağ müharibəsi veteranı olduğu üçün onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.

İttihama görə, Bakıxanov qəsəbəsində olan "Şəhriyar" şadlıq evinin sahibi olan N.Əliyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar