“Türkiyə və İranla viza rejimi ləğv edilməlidir” - Qüdrət Həsənquliyev

qudretAzərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev İranla viza rejiminə baxmağı təklif edib.

APA-nın məlumatına görə, deputat bildirib ki, İranda 30 milyondan artıq azərbaycanlı yaşayır və buna görə Azərbaycan İranla viza məsələsinə baxmalıdır.

Q. Həsənquliyev qeyd edib ki, Azərbaycan hökuməti Türkiyə və İranla viza rejimini ləğv etməlidir: “Bəzi Türkiyə saytlarında Azərbaycana qarşı təxribatçı yazılar gedir. Bu gün mən bir yazı oxudum ki, Türkiyədə müəyyən adamlar bizə rişxənd edirlər. Onlar bizim Türkiyə ilə dostluq və qardaşlığımız haqqında dediklərimizə ironiya ilə yanaşıb hələ də viza rejimini qaldırmamağımızı xatırladırlar. Ona görə də mən Türkiyə və İranla viza rejiminin qaldırılması üçün hökuməti müvafiq addımlar atmağa çağırıram. Bu həm də kimlərə xidmət etdiyi bəlli olmayan media orqanlarının bizə qarşı təbliğatına son qoyardı”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar