"Jurnalistlərin fəaliyyətinə də sanksiyalar tətbiq olunsun" - Deputat

trend_fazil_mustafa_albom_4"Xaricdən sifariş almaq təhlükəlidir. Bu gün ölkədə bununla bağlı real təhlükə var". Modern.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa parlamentin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, kimsə Səudiyyə Ərəbistanından, kimsə Türkiyədən, kimsə İrandan təlimat alır. “Burada sifariş almaq məsələsini ortaya çıxarmaq lazımdır. Xaricdən dini əqidə formasında idarə olunan qurumların da idarə olunması qadağan olunmalıdır. Bu gün xeyli sayda idarə olunan KİV orqanları da var.

Burada media mənsublarının məsuliyyəti məsələsi də nəzərə alınmalıdır. Jurnalistlərin fəaliyyətinə də sanksiyalar tətbiq olunmalıdır. Din insanın içində olmalıdır, hoqqabazlıq göstərmək üçün deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar