Son 1000 ildə Avropanın siyasi xəritəsi necə dəyişib? - VİDEOQRAFİKA

Bu videoçarxın müəllifləri son 1000 ildə Avropa qitəsindən baş verən siyasi dəyişiklikləri, dövlətlərin yaranmasını, inkişafını, tənəzzülünü, böyük və aqressif dövlətlərin işğalçılıq dönəmlərini göstərən qrafikanı parlaq şəkildə ifadə edib, 1000 ili 3 dəqiqəyə sığışdırıblar.

Burada monqolların Macarıstana qədər irəliləməsi də var, Napoleonun Moskvaya qədər gəlməsi də, Hitlerin Fransadan Mozdoka qədər xəritəni "bənövşəyi"yə boyaması da, Osmanlının Yaxın Şərqi və Avropanın bir hissəsini "saraltması" da, Rusiyanın qitənin yarısını "qızartması" da.

Tarixə bu prizmadan baxanda hər şeyin necə müvəqqəti olduğunu görürsən. Doğrudan da, 15-20, bəzən isə 70-100, hətta 300 illik işğallar tarix üçün bir göz qırpımı qədərdir, ötüb-keçir.

Ən pisi odur ki, dövran dəyişdikcə, dövlətlərin tərəqqisi və tənəzzülü yaşandıqca, Avropanın siyasi xəritəsinin dəyişməsi ehtimalı hələ də qalır. Ən başlıcası, həmişə var olmaq, mövcudiyyəti qorumaqdır.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar