“Oksigen” klinikasında ölümlə bağlı cinayət işi açıldı - Ehtiyatsızlıqdan adam öldürmə

Bakı şəhər prokurorluğu özəl klinikada baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Prokurorluğun açıqlamasında bildirilib ki, oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar