Kəmaləddin Heydərov Lənkəranda şikayətçiləri qəbul edib - Tapşırıqlar verdi

kemaleddin_heyderov_5Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 28-də Lənkəran şəhərində cənub bölgəsinin sakinlərini qəbul edib.

"AzPolitika" FHN-ə istinadən xəbər verir ki, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Bölgə vətəndaşlarının bir qismi, həmçinin nazirliyin müvafiq qurumlarının rəhbərləri tərəfindən qəbul olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar