Milli Məclis Gömrük Məcəlləsinə dəyişiklik etdi

"Gömrük Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq qəbul edilib.

"Report" xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasında yaşıl, mavi sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunacaq.

Məcəlləyə edilən əlavəyə əsasən, gömrük sərhəd buraxılış məntəqələrində "Yaşıl dəhliz" və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılmalı və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilməlidir.

"Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə olunmaqla mallların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar