BAZARDA NÖVBƏTİ DOLLAR AJİOTAJI - "MB manatı buraxmaqda maraqlıdır"

Samir Əliyev: «Mərkəzi Bank manatı buraxmaqda maraqlıdır»

Bu gün banklardan 4-ü dollar satışına tətbiq etdiyi limiti dəfələrlə azaldıb. Oktyabrın 28-də “Bank Respublika” limiti 16 dəfə azaldıb. Bu günədək 5 000 dollara qədər ABŞ valyutası satırdısa, bu gün limiti 300 dollara endirib.

“Unibank” isə limiti 10 dəfə azaldıb. İndiyədək 5 000 dollaradək ABŞ valyutası satan bankda bu gün limit 500 dollara endirilib. “Azərbaycan Sənaye Bankı” da dollar satışına tətbiq edilən limiti 1000 dollardan 500 dollara endirib “Bank Silk Vey” də bu gündən ABŞ vayutasını limitlə satmağa başlayıb. Bankın baş ofisində 1000 dollar, filiallarda isə cəmi 500 dollar satılır.

Mərkəzi Bankın dolların məzənnəsini artırmasından sonra bu gün 26 bank ABŞ valyutasını 1.70 manatdan baha satır. 5 bank bank istisna olmaqla qalanları dolları maksimum marja ilə satır. Dolları ən baha satan “Amrahbank” və “Günaybank”dır. Həmin banklarda A BŞ valyutası 1.70 36 manata dəyişdirilir. “Azərbaycan Sənaye Bankı” və “Nikoyl Bank” isə dolları nisbətən aşağı qiymətlə -1.7000 manatla satır.( Fins.az)

samir_aliyev

İqtisadçı Samir Əliyev bildirdi ki, baş verənlərin fundamental səbəblərdən irəli gəlir. Bunu belə izah etmək olar ki, ölkəyə gələn dollar ölkəni tərk edən dollardan qat-qat azdır: «Neft Fondu və Mərkəzi Bank hərraclar vasitəsilə dollara olan tələbatı ödəməyə çalışır. Amma bu çıxış yolu deyil. Eyni zamanda dolların qiyməti ilə bağlı güclü spekulyasiya da var. «Qara bazar»ın qarşısı alınsa da müəyyən dərəcədə. Dünyanın bütün ölkələrində bazarda spekulyasiya yaradanlar var. Onlar dolları ucuzlaşdırıb, sonra bahalaşdırırlar. Bununla da qazanırlar. Amma ilin sonu yaxıqlaşdıqca büdcə icrası artır. İlin sonunda öhdəliklərin tələsik icrasına başlanılır. Neft Fondu öhdəliyinin 50 faizini icra edib. Həm dövriyəyə manat kütləsi buraxılacaq, həm də FED-in qərarı dolları bahalaşdıracaq. Eyni zamanda Mərkəzi Bank manatı buraxmaqda maraqlıdır. Ona görə də mən düşünürəm ki, proses bundan sonra manatın yumuşalması istiqamətində gedəcək. Amma bir çox amillər neftin qiymətindən və digər iqtisadi proseslərdən asılıdır».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar