Daşkəsəndə 17 yaşlı yeniyetmə bıçaqlanıb

Hadisənin hansı şəraitdə baş verdiyi bilinmir

Daşkəsən rayonunun Qabaqtəpə kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakini, 1989-cü il təvəllüdlü Hüseynov Ceyhun Mübariz oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Zərərçəkən yaxınlıqdakıların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

Xəstənin qohumları onun yıxılaraq xəsarət aldığını bildirsələr də, həkimlər bunun bıçaq yarası olduğunu qeyd ediblər.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar