Kamilə Babayeva atasının faciəli ölümündən danışdı 

Tanınmış teleaparıcı Kamilə Babayeva "5-ci element” verilişində atası ilə bağlı xatirələrini danışıb.

BAKU.WS xəbər verir ki o, atasının faciəli şəkildə baş verən ölümündən söhbət açıb.

"Atam tibbi ekspert idi. Bir gün 18 yaşlı gənc qız meyiti gətirirlər. Atam tibbi baxışdan sonra müəyyən qeydlər edəsi olur. Arxasını meyitə çevirib, qeydlərini kağıza yazanda, meyitin qolunda refleks baş verir, qolu atamın çiyninə düşür. O, bundan bərk qorxur.

Hadisədən sonra gecə maşına oturub, Qax tərəfə gedirmiş. Birdən güzgüdə həmin qızın simasını görən kimi olur. Ona elə gəlir ki, ölən qız arxada oturub. Bu zaman qəza baş verir. Meşə ərazisində olduğu üçün maşın ağaclara çırpılır. Avtomobil yararsız halda olub. Atamı səhər saatlarında tapıblar. Həmin hadisədən sonra səhhəti pisləşdi. Bir müddətdən sonra dünyasını dəyişdi”.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar