OBAMANIN SURİYADAKI BAĞIŞLANILMAZ SƏHVİ - Klinton seçilərsə Rusiya ilə müharibə qaçılmazdır

ABŞ-ın “The Intercept” nəşri Suriyada uzun illərdir davam edən müharibənin səbəbləri ilə bağlı geniş məqalə dərc edib. “ABŞ və Rusiya: Suriyadakı terror balansı” adlanan məqalədə yaxın gəlcəkdə regionda gözlənilənlərə də toxunulub. “AzPolitika.info” həmin məqalənin tərcüməsini təqdim edir:

“Suriya uğrunda mübarizə”- Patrik Silin 1965-ci ildə nəşr etdirdiyi kitab məhz belə adlanır. Bu mübarizə 1918-ci ildə - Birinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın bu torpaqları Osmanlı İmperiyasından alandan (işğal etməsindən-red.) sonra başlayıb. 1920-ci ildə britaniyalılar bu ərazini Fransaya verdilər. Lakin 1942-ci ildə Fransadakı Vişi regimindən geri aldılar.

Suriyanın 1946-cı ildə formal olaraq müstəqillik qazanmasından sonra, bu torpaqlar ABŞ və Sovet İttifaqı arasında mübarizə poliqonuna çevrildi. 1949 cu ildən 1970-ci ilədək bir-birini izləyən hərbi çevrilişlər, Hafiz Əsədin rəhbərliyi altındakı qiyamla sonuclandı. Nəticədə Suriya tamamilə Kremlin nəzarətinə keçdi.

Lakin Əsəd öz qüdrətli himayədarına mütləq şəkildə tabe olmağı arzulamırdı. Bu da həm Moskvanı qıcıqlandırır, həm də Suriya uğrunda mübarizənun davam etməsinə şərait yaradırdı. Suriya da ikili oynayırdı.

Belə ki, Əsəd ABŞ-la Livanda dilxoşluq etməyə cəhd göstərirdi. Hətta, 1991-ci ildə öz hərbçilərini Küveytə- amerikanlara yardıma yollamışdı. Ancaq buna baxmayaraq, tezliklə ABŞ özünün əvvəlki mövqeyinə qayıdaraq, Suriyanı terorçu dövlət adlandırdı. Onu Livandakı “Hizbullah”ı dəstəkləməkdə və İranla alyansda ittiham etməyə başladı.

2011-ci ildə, haqqında söz etdiyimiz bu mübarizə müharibəyə çevrildi. ABŞ, Rusiya və həmçinin də regional güclər, Suriyada bir-biriylə vuruşan tərəflərə kömək göstərməyə başladılar. Bax beləcə kənar qüvvələr terror qruplarını dəstəkləməklə ölkəni dağıdaraq, onu böhrandan çıxmağa qoymurlar.

Bu arada isə Yəməni, Misiri və Liviyanı itirmiş Rusiya, ərəb dünyasındakı özünün yeganə müttəfiqinin köməyinə yürüdü.  ABŞ 1956- cı ildə, çətin vəziyyətdə tərk etdikləri macar vətənpərvərlərinə olduğu kimi, Suriyadakı müqavimət qüvvələrinə də ümid vermişdi. Onlara həm sözdə, həm də maddi-texniki baxımdan yardım edərək, lazımı anda istənilən köməyi göstərəcəyinə dair vədlər vermişdi.

Səudiyyə Ərəbistanı, Qatar və Türkiyə kimi regional güclər müqavimət qüvvələrinə silah, pul yollamağa məcbur qalaraq, heç məqsəd və strategiya barəsində razılığa gəlməyə macal belə tapmamışdılar.

Suriya münaqişəsinin səbəbləri ilə bağlı Kristofer Fillipsin parlaq analızi bu mövzuda əksər ekspertlərin heç nəyə əsaslanmayan işlərindən tamamilə fərqlənir. Özünün “Suriya uğrunda mübarizə: yeni Yaxın Şərqdə beynəlxalq rəqabət”(The Battle for Syria:İnternational Rivalry in the New Middle East) adlı kitabında, Fillips Suriyadakı müharibənin əhəmiyyətli dərəcədə uzanmasının məsuliyyətini pul və silah şəklində göndərdikəri yardımlara görə, müəyyən ölkələr arasında bölür. Bu müharibənin davam etməsinə Suriyanın öz resursları yetməzdi.

500 mindən artıq insanın ölməsi və Suriya əhalisinin yarısının ölkədən köçməsi, xarici oyunçuların öz məqsədlərinə çatmaq baxımından Suriyada hansı maraqlarının olması sualını aktuallaşdırır.

Filipps yazır: “Vətəndaş müharibəsi başalmazdan bir qədər əvvəl Suriya və Yaxın Şərq aldadıcı şəkildə stabil görünürdü. Amma sonradan aydın oldu ki, region əslində sabit yox, statik vəziyyətdəymiş. Qaçılmaz dəyişiklərin əlamətləri çox olmasa da, ancaq hər halda artıq sezilən idi.

Prezident Barak Obama elan edib ki, ABŞ 40 il bundan əvvəlki Britaniya kimi, bu regiondakı iştiraklını azaldacaq. Britaniyalılar və fransızların 1956-cı ildəki Süveyş böhranındakı fiaskosu kimi Amerikanın İraq kampaniyası, da uğursuzluğa düçar olub. İndi böyük resursların itkisinə gətirib çıxardığına görə, bu cür kampaniyalar daha az cazibədar görünür.

2009-cu ildə Qatarda çıxışı zamanı Obama etiraf edərək demişdi:”Amerika digərlərindən daha üstün olduğuna iddia etmir.”

Hərçənd ki, bu ərəb ölkələrində idarə etmədə iştirak üçün yeni imkanlar açamlıydı. Ancaq bu yalnız doldurulması vacib olan vakkum yaratdı. İlk ölkə Tunis oldu. Xalqın kütləvi etirazları nəticəsində Qərb tərəfindən müdafiə edilən və korrupsiyaya qurşandığına, qəddarlığına görə, ərəb dünyasındakı digər həmkarlarından heç də geri qalmayan dövlət başçısı devrildi. Tunisdəki uğur, inqilabların effektiv vasitə olması ümidi yaratdı. Fransa məcbur qalaraq, bacarıqsız və həm də güzəştə gedən tiranla assosiasiya olunmamaq üçün mümükün olan hər şeyi etdi.

İnqilab dalğası və onun yatırılmasına cəhd, digər ərəb ölkələrinin hər birində müxtəlif yolllarla getdi. Bəhreyndə səudiyyəlilər və yerli kral ailəsi üsyanı yatırdı.

Misirdə diktator öz postunu tərk etdi və xalq dindar lideri prezident seçdi. Sonra isə ondan imtina olundu (Qərbin köməyi ilə hərbi çevrilişlə devrildi). Bundan sonra daha bir hərbi diktataor əvvəlki qayda-qanunu daha sərt formada bərpa etdi.

Liviyadakı üsyan qan töküləmsinə və NATO-nun müdaxiləsinə gətirdi, nəticədə isə diktatorun yerinə xaos gəldi.

Tunisdən başqa hər yerdə inqilabların uğursuzluğa düçar olmasına baxmayaq, xarici güclər Bəşər Əsəd rejimini devirməkdən ötrü, Suriyadakı narazılıqlardan yapışdılar. Əsədin ən böyük günahı isə, onun şiə İranı,”Hizbullah” və Rusiya ilə sıx əlaqələrinin olmasıydı.

Hərçənd ki, suriyalı nümayişçilər ilk növbədə onları əsas hüquqlardan məhrum edən təhlükəsizlik sisteminin ləğvini istəyirdilər. Onları dəstəkləyən xarici gücləri - xüsusən Səudiyyə Ərəbistanı və Qatarı çətin ki, azadlıq nümunəsi və seçilmiş hökumətə malik dövlətlər adlandırmaq olar. Əvvəlcə suriyalı fəallar dövləti dağıtmadan, sistemin daxilində reformalar aparılmasını tələb edirdilər. Ancaq Ər-Riyyaddakı və Dohadakı şeyxlər Bəşər Əsədi, ölkədə onların vəhhabilik inancına daha yaxın və İrana qarşı düşmən münasibətində duracaq hər hansı biri ilə əvəz edilməsini istəyirdilər”.

Filipps yazır ki, 2012-ci ilin ortalarında müxalifət artıq xeyli sayda müxtəlif qruplara bölünmüşdü.Onları birləşdirmək üçün görülən bütün cəhdlər əbəs oldu.Ona görə ki,bu qrupların komandirlərini milli qələbədən daha çox, cəzasızcasına soyğunçuluqla məşğul olmaq maralandırırdı. Xarici güclər isə öz siyasətlərini koordinasiya etməkdən imtina edirdirdilər.

Filipps yazır ki, Yaxın Şərqin ənənəvi işğalçıları -Britaniya, Fransa və ABŞ öz bəlağətlərinin girovuna çevrildilər.

Filipps ABŞ-ı Suriya tarixi sahəsində ciddi bilgi çatışmamazılığında günahlandırır. O kitabında qeyd edir ki, Əsədin hakimiyyətdən asanlıqla salmağın mümkün olmadığı aydınlaşanda, Obamanın alternativ planları gözdən keçirmək istəməməsi, bağışlanılmaz səhvdir.

Fillpisin nöqteyi nəzərinə görə, Səudiyə Ərəbistanı müqavimət qüvvələrinin potensialını hədsiz yüksək qiymətləndirib və Əsədin gücünü lazımınca dəyərləndirə bilməyib.Ümumiyyətlə isə, təkcə Səudiyyə Ərəbistanı yanlış hesablamayıb.

Fillips bildirir ki,Obama, Rusiya ilə münaqişə riskinə baxmayaraq, birbaşa hərbi müdaxilədə israr edənlərin arqumentlərini əsassız saymaqda davam edir.Bu cür israrçılar içərisində öndə gedən isimlədən biri də prezidentliyə namizəd Hillari Klintondur.

Əsəd küncə sıxışdırılanda, Rusiya və İran mütləq onun köməyinə gəlirlər. Nə vaxt ki, müqavimət qüvvələri geriyə çəkiləməyə başlayırlar, onda Səudiyyə Ərəbistanı, Qatar və Türkiyə onlara yeni döyüşçülər və silah yollayır.Əgər 20 yanvarda Hilları Klinton ABŞ qoşunlarının alı baş komandanı olarsa ,onda onun Suriya üzərində pilotsuz zona yaratması, Rusiya və Amerika hərbi təyyarələri arasında toqquşmaya gətirib çıxaracaq. Bu ABŞ-ı daha dərin müharibəyə sürükləyəcək.

Fillipsin fikrinə görə, Obama tamamilə düzgün şəkildə bundan qaçamağa cəhd edir. Ona görə də yaxşı olardı ki, Klinton ilk növbədə bu kitabı oxusun.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar