PUTİNİN “NÜVƏ TOPU”nun QARŞISINI NECƏ ALMALI? - “Soyuq müharibə”nin köhnə qorxuları

putin

Putin Amerikanı Rusiyanın həyati vacib olan geosiyasi maraqlarına təhlükə hesab edir. ABŞ-ın Rusiyaya qarşı düşmən fəaliyyətlərdə olduğunu düşünən Vladimir Putin bu yaxınlarda ABŞ və Rusiya arasındakı mühüm müqaviləni birtərəfli qaydada ləğv etdi. Həmin müqvilə “soyuq müharibə” qurtardıqdan bir il sonra imzalanmışdı və orada 34 min ton plutoniyumun ləğvi nəzərdə tutulurdu. Bu miqdar 17 min nüvə başlığı üçün kifayət edəcək dərəcədədir.

Amerika-Rusiya əməkdaşlığının pozulması müxtəlif suallar doğurur. Bunlardan biri də maliyyə sıxıntısı çəkən Kremlin, nüvə obyektlərinin təhlükəsizliyinin təmininə necə pul xərcləyəcəyi ilə bağlıdır. Əslində bu heç də “soyuq müharibə”nin köhnə qorxuları deyil. Nüvə təhlükəsi ilə mübarizə təşəbbüsüylə bağlı 2016-cı ilin reytinqində Rusiyanın “təhlükəsizlik indeksi”, silah hazırlanmasında istifadə edilə biləcək nüvə materialına malik dövlətlər arasında ən yüksək risklisidir.

Onu da demək lazımdır ki, Rusiya, hər hansı terrorçu qrupun primitiv nüvə bombası yaratması üçün kifayət qədər radioaktiv material əldə etməsi təhlükəsinə heç də etinasız yanaşmır. Ümimiyyətlə Rusiyada 11 sentyabr 2001-ci il və Boston marafonundakı terror aktları ilə müqayisə edilə biləcək terror hadisələri baş verib.

Problem ondadır ki, Rusiya ABŞ-ı özünün mühüm geosiyasi maraqlarına və təhlükəsizliyinə daha böyük qorxu hesab edir. Bu cür qorxu Ukrayna böhranı ilə başlayıb. Amerika hökumətinin əksər nümayəndələri hesab edirlər ki, problemin əsas kökü - qonşu dövlətin torpağının bir hissəsinin Rusiya tərəfinən zorla alınmasında və həmçinin də silahlı separatçılıq hərəkatının qızışdırılmasının davam etdirilməsindədir. Bu isə Ukrayna əhalisinin daxili islahatlar keçirməsini və Qərblə inteqrasiya kursu yolunda legitim cəhdlərinin yerinə yetirilməsi prosesini ləngidir.

Digər yandan isə, Rusiyanın hərəkətləri keçən əsrin ortalarından Avropadakı sülhün və sabitliyin təməli sayılan - ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi prinsipini kobud sürətdə pozur. Nəticədə, Vaşinqton bu cür davranışlarına görə, sanksiyalar və diplomatik təcrid yolu ilə Rusiyanın cəzalandırılması prosesindəki beynəlxalq səylərə rəhbərlik edib.

Ancaq bütün bunlara baxmayaraq, Rusiya Ukrayna münaqişəsini başqa cür qəbul edir. Moskvanın nöqteyi-nəzərinə görə, Vaşinqton Ukraynanı onun inkişafı üçün deyil, Amerikanın siyasi, iqtisadi və hərbi təsirinin genişlənməsindən yana dəstəkləyir. Rusiya isə Ukraynanı özünün strateji “bufer zona”sı sayır.

Kreml, həmçinin Ukraynanın uğurlu daxili islahatlar aparmasından və onun Qərblə inteqrasiyasının Rusiyanın özündə inqilab toxumları səpə biləcəyindən qorxur. Moskva rəhbərləri bildirirlər ki, onlar ABŞ və digər Qərb ölkələrinin Rusiyanın zəiflədilməsi və onun dünya gücü statusundan məhrum edilməsinə qarşı müqavimət göstərirlər.

Amerikan sanksiyalarının Rusiya iqtisadiyyatına milyardlarla dollar ziyan vurduğu bir vaxtda, Rusiyanın Vaşinqton ilə heç bir əməkdaşlığa və ya hətta nüvə təhlükəsizliyi məsələsi ilə əlaqədar Vaşinqtondan yardım alınmasında maraqlı görünməməsinə təəccüblənməmək gərəkdir. Rusiya hesab edir ki, Amerikanın raket əleyhinə müdafiə sistemlərinin Şərqi Avropada yerləşdirilməsi Rusiyanın strateji potensilana təhlükədir.

Amma bu baxışlarına baxmayaraq, Rusiya özünün maraqlarına uyğun gələndə əməkdaşlıqdan imtina etmir. Moskva Krımın ilhaqından sonra, Qərb tərəfindən ona qarşı sanksiyalar tətbiq olunmasına baxmayaraq, İranın nüvə proqramının məhdudlaşdırılması istiqamətindəki danışıqların dəstəklənməsini davam etdirir.

Çox böyük ehtimalla, bu cür mövqe nümayişi Rusiyanın həmin məsələyə praqmatik yanaşmasını göstərir. Rusiya öz sərhədlərində daha bir nüvə dövlətinin meydana çıxmasını arzulamır. İranın nüvə sövdələşməsinə göstərdiyi dəstək və Bəşər Əsəd rejiminin əlindəki kimyəvi silahın ləğvi məsələsində Rusiyanın Amerika ilə əməkdaşlıq etməsi müsbət president yaradıb. Bu hallar Rusiyanın Şimali Koreyanın nüvə proqramı ilə bağlı çoxtərəfli diplomatik prosesin başlanması təşəbbüsünə yardımçı olacağına ümid verir.

Rusiyada geniş dəstəyə malik olan “Beynəlxalq Atom Enerjisi Agentliyi” təşkilatı digər ölkələrlə nüvə təhlükəsizliyinin təmin olunması ilə əlaqədar təcrübə mübadiləsi aparılması məsələsində koordinator qismində çıxış edə bilər. ABŞ atom enerjisinə aid gündəlikdə duran məsələləri genişləndirməklə və Rusiyanın nüvə kompleksinə cavabdeh - “Rosatom” dövlət şirkətinə mükafatlandırma təklif etməklə, nüvə təhlükəsizliyi sferasında əməkdaşlığın bərpa olunmasına əlavə köməklik göstərər. Lakin sərt reallıq ondan ibarətdir ki, Rusiya nüvə sferasındakı əməkdaşlığı Rusiya-Amerika münasibətlərindəki digər aspektlərlə bağlayır.

Bu mövqeyə qarşı mübarizə aparmaq əvəzinə, gələcək Amerika administrasiyası Rusiyanın təhlükəsizliyi ilə əlaqədar dialoqun mümkünlüyünü nəzərdən keçirməlidir. Həmin təhlükəsizliyin içərisində nüvə silahının yayılmaması sferasında əməkdaşlıq, nüvə silahlarının modernləşdirilməsi, ballistik raketlərdən, kosmik silahlardan və kiber vasitələrdən qorunma məsələləri yer alır.

Əgər amerikalılar Rusiyanın nüvə silahı ilə meydan sulamasından narahatdırlarsa və Moskva isə ABŞ-ın Rusiyada rejim dəyişikliyini dəstəkləməsindən qorxursa, onda bu cür dialoq, ən azından bir-birlərinə qarşı yaranmış səhv təsəvvürlərin və istənilməyən gərginliyin azalmasına kömək olar.

(“Newsweek”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar