"Rusiya Ermənistan və Azərbaycanı silahlandırmağa son qoymalıdır"- Beynəlxalq Böhran Qrupu

“İri miqyaslı hərbi əməliyyatların başlaması Rusiya, Türkiyə və İranın da münaqişəyə cəlb olunmasına gətirib çıxara bilər”

“Dağlıq Qarabağ münaqişəsinin alovlanmasının qarşısını almaq üçün bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir. Rusiya vasitəçi ölkə və bu münaqişədə fəal oyunçu kimi tərəflərin razılığa gəlməsi üçün daha qətiyyətlə çalışmalı və tərəflərə silah verməyə son qoymalıdır”. APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Böhran Qrupunun “Ermənistan və Azərbaycan: Risklər mövsümü” adlı təhlilində deyilir.

Təhlildə bildirilir ki, sülh danışıqlarının kəsildiyi 2011-ci ildən bəri hər iki tərəfdə müharibə ritorikasının gücləndiyi hiss olunur və silahlanma artıb: “Daxili siyasi rəqabətin dərinləşdirdiyi belə bir gərgin vəziyyətdə təsadüfi müharibə riski ən təhlükəli ehtimaldır. 2011-ci ildən hər iki tərəf öz hərbi büdcəsini artırıb. Müharibə həddinə qədər balanslaşdırma və ya cəbhəyanı zonalarda tez-tez baş verən atışmalar iri miqyaslı hərbi əməliyyatlara səbəb ola və bu da bir neçə, yaxud bütün regional güclərin - Rusiya, Türkiyə və İranın müharibəyə cəlb olunmasına gətirib çıxara bilər”.

Beynəlxalq Böhran Qrupu hesab edir ki, münaqişə ölkələrində mümkün daxili siyasi gərginlik səbəbi ilə qarşıdakı aylarda münaqişə ətrafında xüsusi problemlər yarana bilər. Belə ki, Ermənistanda müxalifət payızda etiraz aksiyaları keçirməyi planlaşdırır, Azərbaycanda isə hökumət prezident seçkilərindən sonra qarışıqlıq yaranmasından ehtiyatlanır: “Bu səbəblə beynəlxalq vasitəçilərin - ATƏT-in Minsk Qrupunun və Avropa Birliyinin diqqətli olması tələb olunur. Rusiya bu münaqişənin təsirli bir oyunçusu olaraq bu istiqamətdə fəal çalışmalı və tərəfləri silahlandırmağa son qoymalıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar