Nemət Pənahlı əfv ərizəsi yazmağa məcbur edilir

Hazırda Qobustan həbsxanasında olan siyasi məhbus Nemət Pənahlıya əfv ərizəsi yazması üçün iki gün vaxt veriblər. Əks təqdirdə onu hansısa üsullarla orada uzun müddət saxlayacaqları ilə hədələyirlər.

Bu haqda N. Pnahlının qardaşı oğlu Pənah Pənahlı “Yeni Müsavat”a xəbər verib. P.Pənahlı N.Pənahlıya telefonla danışmağa belə icazə verilmədiyini bildirdi: “Nemət bəyə telefonla danışmağa imkan vermirlər. Bu gündə zəng edərək bir kəlmə deyə bildi. Daha sonra telefon bağlantısı kəsildi. Ondan sonra da əlaqə saxlaya bilmədik. Bizə birgə onu deyə bildi ki, mənə yanıma təcridxanadan adam salıb hər gün təxribata çəkirlər. İndi də mənə vaxt qoyublar ki, iki gün ərzində əfv ərizəsi yazmalısan. Ya əfv ərizəsi yazacaqsan ya da ki, iki gün ərzində hansısa bir vasitə ilə səni buradan çıxmağa qoymayacağıq. Nemət bəy bu sözləri demişdi ki, telefon bağlantısı kəsildi. Bu iki gün ərzində ona nə desən edə bilərlər. Həmin adamın kimliyi heç bilinmir. Bəlkə də həmin şəxs elə MTN-nin adamıdır. Xatırlayırsızsa, Nemət bəy 1 saylı Kürdəxanı təcridxanasında saxlanılanda dustaq adı ilə yanına saldıqları adam 17-ci kalonda nəzarətçi imiş. Bəlkə də indi ona hədə-qorxu gələn bu şəxs də heç dustaq deyil, MTN-in adamıdır. Heç adını belə öyrənə bilmədik. telefon əlaqəsi kəsildi və Nemət bəyin sözü ağzında qaldı”.

P.Pənahlı bu haqda prezident aparatına da müraciət edəcəyini bildirdi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar