TRAMP AMERİKANI HARA APARACAQ? - “ABŞ daha azad dünyanın lideri olmayacaq!”

ABŞ və Avropa üçün hesab vaxtı gəlib çatıb: bizim hazırda gördüyümüz Qərb, özünün son günlərini yaşayır. ABŞ, nəinki qadınlara sataşması və özünün işgüzar tərəfdaşlarını aldatması ilə öyünən birini, eyni zamanda da Amerikanın ənənəvi müttəfiqi olan avropalılara açıq şəkildə etinasız münasibət bəsləyən bir şəxsi prezident seçdi.

Əgər inanmırsınızsa, onda onun üzun illər ərzində nə söylədiyinə diqqət edək. 2000-ci ildə Tramp özünün “Bizim layıq olduğumuz Amerika” (The America We Deserve) kitabında bəyan edir: ”Amerika bir-biri ilə mübarizə aparan və düşmənçilikləri yüz illərdir davam edən fraksiyalar arasında seçim aparmamalıdır. Onların münaqişəsi Amerikanın həyatına dəyməz. ABŞ-ın Avropadan çıxması, hər il ölkənin milyonlarla dollara qənaət etməsinə imkan verər. NATO-nun Avropadakı ordularına çəkilən xərclər böyükdür. Şübhəsiz ki, bu vəsaitləri xeyirli məqsədlər üçün xərcləmək olar”.

O, özünün seçki kampaniyası boyunca bunu daima təkrar edirdi. Baxmayaraq ki, digər məsələlərdə baxışlarını dəyişirdi. Əgər söhbət abort məsələsindən gedirdisə, o, auditoriyadan asılı olaraq, istənilən mövqeni tuta bilərdi. Tramp İraqdakı kampaniyanın tərəfdarı kimi çıxış etməmişdən öncə bunun əksinə fikirlər söyləyirdi. Lakin söhbət NATO və Rusiyadan gedən zaman, Tramp heç vaxt öz mövqeyini dəyişmir. Mart ayında o, NATO-nu “köhnəlmiş” təşkilat adlandırmışdı. Xarici siyasətə həsr edilmiş ilk çıxışında, Tramp, sonuncu dəfə hələ 1940-cı illərdə səsləndirilən izolyanistlərin sevimli - “Amerika ilk öncə” şüarından istifadə etməyə başladı. O, Yaponiya və Cənubi Koreyanı nüvə silahı əldə etməyə çağırırdı.

Bununla yanaşı, Tramp, ilk növbədə Rusiya prezidenti Vladimir Putin başda olmaqla, diktatorlara təriflər yağdırırdı. Belə ki, Tramp 2014-cü ildə Rusiyanın Ukraynaya soxulmasını dəstəkləyib. Həmin dövrdən indiyədək o, Putinin “gücü”, qəddarlığı və hətta jurnalistləri öldürmək vərdişindən heyranlıqla danışıb. Tramp Rusiyadakı iqtisadi geriləmə və oradakı avtoritarizm haqqında danışmır. Bəlkə də sadəcə olaraq, o, bu barədə heç nə bilmir və ya onun üçün bunun əhəmiyyəti yoxdur. Rusiya haker hücumları vasitəsilə Trampın seçki kampaniyasına yardım göstərib. O isə öz növbəsində Rusiya kəşfiyyat orqanlarını daha çox informasiya ələ keçirməyə çağırırdı.

Tramp karyerasının ilk başlarından etibarən özünü Putinlə bağlı adamlarla - “Qazprom” və Rusiya oliqarxları ilə əhatə edib. Trampın rəhbərliyi altındakı hökumətdə dövlət katibi postunu tuta biləcək Nyut Qinqriç bu yaxınlarda Estoniyanı “Sankt-Peterburqun kənarlarında yerləşən bir ölkə" adlandırıb. Deməli belə olan halda buraları qorumağa dəyməz? Nyut Qinqriç Trampın əsas məsləhətçilərindən biridir. Trampın bu gün və ya sabah nə deməyindən asılı olmayaraq, artıq önləyici tədbir doktrinası rəsmi surətdə ləğv olunub. Çünki belə bir doktrinaya inanmayan insan onu dəstəkləyə bilməz.

Bir neçə həftə bundan əvvəl bütün Avropa üzrə quru qoşunlarının komandirlərinin yığıncağı keçirilib. Onların hamısı öz borclarının yerinə yetirilməsindəki qətiyyətlərini saxlayırlar. Bununla bərabər onlar anlayırlar ki, qarşılarında duran məqsəd iki hissəsdən ibatətdir: Avropanı terrorizmdən qorumaq və Avropanı Rusiyadan müdafiə etmək. Bu tədbirləri adətən NATO kontekstində amerikalı generallar həyata keçirirlər. Lakin indi artıq bu cür tədbirlərin həmişə amerikalı generalların keçirəcəyini gözləməyə dəyməz. Həmçinin, həmfikir alyans dövlətləri tərəfindən Rusiyanın Ukraynada və ya Pribaltikada hibrid kombinasiyalarına qarşı cavab veriləcəyini də gözləməyə dəyməz.

Trampın prezidentlik dövründə Amerikanın azad dünyanın və yaxud da nəyinsə lideri olaraq qalacağına ümid bəsləməyimiz əbəsdir. Bu seçkilərdə proteksionizm azad ticarət üzərində zəfər qazandı və şübhəsiz ki, bunun özünəməxsus nəticələri də olacaq. Transatlantik və Transsakit okean ticarət müqavilələrinin imzalanmamasına hazır olmaq lazımdır. Həmçinin azad ticarət üzrə Şimali Amerika müqaviləsinin ləğvinə də hazır olmalıyıq. Azad ticarətin cox saylı səbəbləri var, lakin onun üstünlüklərindən biri də ondan ibarətdir ki, o, ölkələr arasında sıx iqtisadı və siyasi bağların yaranmsına kömək edir.

Çox tezliklə müxtəlif ölkələr arasında məcazı və fiziki divarlar yüksəlməyə başlayacaq. Amma bu dərhal baş verməyəcək. Beynəlxalq siyasi sistemin gələcəkdəki transformasiyasının nəticələrinin özünü göstərməsi üçün xeyli illər tələb olunur. Böyük Britaniyadakı “Brexit” səsverməsində olduğu kimi, maliyyə bazarlarındakı çaxnaşma da artıq geridə qalb. Müqavilənin ləğvi üçün illər tələb olunur. Bu cür siyasi hərəkətlənmə üçün isə daha çox vaxt lazımdır. Əksər ölkələrdəki populistlər bizi inadırırlar ki, dəyişikliklər gözlənilir. Hələ irəlidəki bir neçə günlər və ya həftələr ərzində amerikanların fikirləri bu seçkilərə cəmləşəcək. Ancaq bu seçkilərin bütün dünya üçün hansı nəticələr verəcəyini dəqiq anlamaq lazımdır.

(The Washington Post)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar