Misir Mərdanov İsmayıllıda aksiya keçirib

Konsert adı ilə bir qrup İsmayıllı sakinini, köynək, kepka paylamaqla isə məktəbliləri İlham Əliyevə dəstək aksiyasına yığıblar

Sentyabrın 26-da İsmayıllıda prezident seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülmüş İlham Əliyevə dəstək aksiyası keçirildi. Tədbirdə Millət vəkili Novruz Aslan, keçmiş təhsil naziri Misir Mərdənov, YAP İsmayıllı təşkilatının sədri Əzizə Vahabova da iştirak edirdi.

Çıxışlar qurtardıqdan sonra, Bakıdan gəlmiş bir qrup incəsənət nümayəndəsi əhali qarşısında konsert verdi.

Azadlıq Radiosunun məlumatına görə, deputat Novruz Aslan iddia edib ki, guya həm ağsaqqallar, həm ziyalılar, həm də gənclər ora böyük ümidlə gəliblər. Hətta bir qədər də irəli gedərək deyib ki, İsmayıllıda insanlar indiki dövlət başçısı və namizəd İlham Əliyevin daxili,xarici siyasətini dəstəkləyir

Caammatın belə sözlərə qulaq asmaqdan yorulub getmək istədiyini gördükdə isə bildirib ki, Bakıdan gözəl tanınmış incəsənət xadimlərimiz gəlib tədbirin rəsmi hissəsindən sonra onlar əhaliyə konsert də verəcəklər.

Tədbirə qatılan keçmiş təhsil naziri Misir Mərdanov isə bizə yalnız bunları dedi:“Mənə ehtiyac yoxdur, nə lazımdırsa millət vəkili qeyd etdi.”

Tədbirdə məktəblilər də iştirak edib. Bu uşaqların bildirməsinə görə, onları məktəbdən gətiriblər. Demələrinə görə, bu tədbirə qatılmazdan öncə onlara məktəbdə köynək, kepka payladılar.

YAP İsmayıllı rayon şöbəsinin sədri Əzizə Vahabova tədbirə məktəblilərin gətirilməsindən isə xəbərsiz olduğunu idia edib: “Mən heç bir məktəb şagirdini tədbirə dəvət etməmişəm. Yolun qırağıdır, ola bilər özləri öz təşəbbüsləri ilə gəlib, iştirak ediblər.”

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar