"Bakı mətbuata təzyiqlərə son qoymalıdı"- ABŞ-dan daha bir xəbərdarlıq

Tomas Melia bildirib ki, Azərbaycanda jurnalistlərin təqib və təzyiqlərə məruz qalması davam edir

«Azərbaycanın böhtana görə cinayət cəzası da daxil olmaqla, İnternetə qanunverici məhdudiyyətlər tətbiq etməsi, bir neçə jurnalistin və bloggerin həbs olunduğu ölkədə ifadə azadlığının gələcəkdə boğulmasıdı», - ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisinin müavini Tomas Melia sentyabrın 25-də Varşavada insan ölçüsü üzrə çıxışında bildirib.

Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, Melia ATƏT üzvü olan ölkələrin nümayəndələrinə müraciət edərək xatırladıb ki, Xədicə İsmayılova kimi jurnalistlərin təqib və təzyiqlərə məruz qalması davam edir. Bir neçə blogger də analoji situasiyaya düşüb.

«Biz hakimiyyəti bütün bu faktları, həmçinin «Azadlıq» radiosunun yayımlanması və digər azərbaycandilli KİV ilə bağlı problemləri araşdırmağa çağırırıq», - o bildirib.

Sentyabrın əvvəllərində Azərbaycan hakimiyyəti Tomas Melianın rəhbərliyi ilə ABŞ Dövlət Departamentinin nümayəndə heyətini qəbul etməkdən imtina edib. O, bundan əvvəl də vətəndaşların hüquq və azadlıqlarının pozulmasına görə Bakını kəskin tənqid edib.

2012-ci ilin martında Xədicə İsmayılova şantaj məktubu alıb və bundan sonra onun özəl həyatı haqqında video yayılıb. Jurnalist bunu ölkə prezidentinin ailə üzvlərinin biznes layihələrini üzə çıxaran araşdırmaları ilə əlaqələndirir. Bu yaxınlarda hakimiyyət mediası İsmayılovaya qarşı kampaniyanı daha da gücləndirib. AzadlıqRadiosunun rəhbərliyi hakimiyyətə çağırış edərək, jurnalistə təhdid kampaniyasına son qoymağa çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar