Vidadi Zeynalovun 67 əmlakına həbs qoyulub: dəyəri 43 milyon... - SİYAHI

vidadi-zeynalov1470298272Dövlət büdcəsindən milyonlarla manatı mənimsəməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirlyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Musavat.com xəbər verir ki, istintaq materiallarında təqsirləndirilən şəxslərin əməlləri barədə bir çox məqamlar üzə çıxır.

Nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalov və digərləri mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilirlər.

Nazirliyin 11 əməkdaşına qarşı 40 milyonluq ittiham

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “BakıTelefonRabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov ümimilikdə 40 milyon manat mənimsəməkdə təqsirlənirilirlər.

11 nəfərin əmlakına həbs qoyulub

Musavat.com-un əldə etdiyi məlumata görə, milyonları qanunsuz yollarla mənimsəməkdə təqsirləndirilən şəxslərin istintaq zamanı onların əmlaklarına həbs qoyulub.

Belə ki, istintaq zamanı təqsirləndirilən şəxslər Vidadi Zeynalova və qeyrilərinin adlarına əmlakların olub-olmaması ilə bağlı müvafiq sorğular verilib və adlarına külli miqdarda əmlaklar olması müəyyən edilib.

Həmin əmlaklar üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

Əmlakların sayı və dəyəri…

Vidadi Zeynalova məxsus əmlakların sayı 67 ədəd olmaqla, həmin əmlakların bazar dəyəri 43 milyon 489 min 537 min manat, Beytulla Hüseynova məxsus əmlakların sayı 39 ədəd olmaqla dəyəri 13 milyon 675 min manat, Bayram Vəliyevə məxsus əmakların sayı 7 ədəd olmaqla dəyəri 647 min 500 manat, Emin Məmmədova məxsus əmlakların sayı 18 ədəd olmaqla dəyəri 2 milyon 835 min manat, Anar Mustafayevə məxsus əmlakların sayı 5 ədəd olmaqla dəyəri 365 min manat təşkil edib.

“Aztelekom” MMC-nin baş mühasibi Rüstəmov Oktay Mirzə oğlunun və ailə üzvlərinin adına Badamdar qəsəbəsi, 2-ci yaşayaış massivi 45 a saylı fərdi yaşayış evi, Xaçmaz rayonu, Aşağıoba kəndində 0,12 ha. Torpaq sahəsi, Türkan qəsəbəsi, Dübəndi bağ sahəsi “Elektroştamp” b/y-nin 24 saylı bağ evi və Səbail rayonu, İqor Ağayev küçəsi 5 saylı evin, 30 saylı mənzilinə həbs qoyulub.

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun və ailə üzvlərinə məxsus olan Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 19 saylı evin, 14-cü mənzili, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “BTRIB” b/y-nin 5-6-cı Şimal küçəsində bağ evi, Binəqədi rayonu, Goradilkəndi, 226 saylı bağ sahəsi, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi ev 22/24-də yerləşən qeyri-yaşayış sahəsi, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 15 saylı evin, 51 saylı mənzili, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21 a saylı evin, 31 saylı mənzili, Səbail rayonu, F.Əmirov küçəsi 2 saylı qeyri-yaşayış sahəsi, Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsi, 145, 145 a saylı fərdi yaşayış evi, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 117 b saylı evin 34 saylı mənzili, Səbail rayonu, Nizami küçəsi, 91 saylı evin, 23 saylı mənzili, Xaçmaz rayonu Aşağıoba kəndində torpaq sahəsinin üzərlərinə həbs qoyulub.

İstintaq zamanı Məhəmməd Məmmədovun dəymiş zərəri ödəməsi üçün bəzi əmlaklarının üzərindən həbs götürülüb.

“Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi vəzifəsində işləmiş Hümbətov Səhrab Məcməddin oğlunun adına Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 15 a-da yerləşən 22 saylı mənzili və Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən 0.0389 ha torpaq sahəsinə həbs qoyulub.

Digər təqsirləndirilən şəxslərin də istintaq zamanı aşkar edilmiş əmlaklarına həbs qoyulub.

Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş 67 əmlakından 10-nun siyahısı:

1. Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 5A-da yerləşən fərdi yaşayış evi. Bu ev V.Zeynalov tərəfindən 2014-cü ildə mülkiyyətinə keçib. Daha sonra bağışlama müqaviləsinə əsasən oğlu Zeynal Zeynalova bağılanmışdır.

2. Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi ev 10 B-də yerləşən fərdi yaşayış evi V.Zeynalov tərəfindən 2004-cü ildə əldə edilib. Daha sonra oğlu Pərviz Zeynalova bağışlayıb.

3. Nəsimi rayonu, Puşkin küçəsi ev 16-da yerləşən fərdi yaşayış evi üzrə ilin qeydiyyat 1994-cü ildə həmin ildə Vidadi Zeynaılovun bacısı Sevil Seyidovanın qeydiyyatına qəbul edilib. S.Seyidova həmin evi 2011-ci ildə bağışlanma müqaviləsi ilə V.Zeynalovun oğlu Pərvizə baışlayıb.

4. İsmayıllı rayonu Tircan kəndində yerləşən 0,833 ha. ölçüdə torpaq sahəsi Vidadi Zeynalovun oğlu Pərviz tərəfindən 2006-cı ildə əldə edilib və mülkiyyətinə keçirilib.

5. İsmayıllı rayonu Tircan kəndində yerləşən 0,294303 ha. ölçüdə torpaq sahəsi Vidadi Zeynalovun oğlu Pərviz tərəfindən 2007-cı ildə əldə edilib və mülkiyyətinə keçirilib.

6. İsmayıllı rayonu Tircan kəndində yerləşən 0,868798 ha. ölçüdə torpaq sahəsi Vidadi Zeynalovun oğlu Pərviz tərəfindən 2007-cı ildə əldə edilib və mülkiyyətinə keçirilib.

7. Yevlax rayonu, Kövər kəndində olan 3.6494 ha. torpaq sahəsi Vidadi Zeynalovun qardaşı vahid Zeynalovun adına pay toraq kimi dövlət tərfindən verilib.

8. Nəsimi rayonu, M.Cəlal küçəsi ev 2 A mənzil 98-də yerləşən 1 otaqlı mənzil. Bu mənzil Vidadi Zeynalovun oğlu Pərviz Zeynalova işlədiyi Azərbaycan İqtisad Universitetinin müəllimlər üçün inşa edilmiş binasıdan verilib.

9. Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən torpaq sahələri. Bu torpaq sahəsi V.Zeynalovun oğlu Zeynallı Zeynal tərəfindən “Rabitəbank” ASC-dən götürümüş 500 min manatlıq kreditlə alınıb. Girov olaraq isə Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 5A-da yerləşən fərdi yaşayış evi qoyulub.

10. Yevlax rayonu, Kövər kəndində 0,33 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə Vidadi Zeyvalovun anası Şura Zeynalovanın mülkiyyətinə olub. Və bu ev V.Zeynalovun ata-baba evi sayılır.

______________

vidadi zeynalov beytulla huseynov rabite nazirliyi azpolitika azerpoct aztelekomRabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə təqsirləndirilən şəxslərin və onların ailə üzvlərinin əmlaklarına həbs qoyulub.

APA-nın məlumatına görə, həmin əmlakların qiymətləndirilməsi üçün mütəxəssis rəyi alınıb. Rəyə əsasən, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun arvadı İradə Qəmbərovaya məxsus Bakının Nərimanov rayonu Rasim Muxtarov küçəsində olan əmlak 1.341.487.66 manat, təqsirləndirilən şəxslərdən hazırda axtarışda olan “Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Elxan oğlu Kərimovun Abşeron rayonunda yerləşən və onun icarəsində olan torpaq sahəsinin qiyməti 70 min manat, “Harley Devidson” markalı motosiklet 12.500 manat, “AKEY”MMC –nin adına rəsmiləşdirilmiş “Maserati Quatroporte” markalı avtomobil 155.733.8 manat, “Jaguar XJ” markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.

Cəlil Cəfərovun iş yerindən və evindən götürülmüş əşyaların dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə ekspert rəyi alınıb. Rəyə əsasən, C. Cəfərovun iş yeri və evindən götürülmüş “Longines” markalı saatın dəyəri 1.200 manat, üzərində “Sussie 100 g fine gold” yazılmış qızıl metalın dəyəri 1300 manat, üzərində “Azərbaycan Müstəqilliyi 1991-2011 Azərbaycan Respublikası 100 manat” yazılmış 2 ədəd qızıl metalın dəyəri 4 min manat, üzərində “Elizabeth II Australia 50 dollars” yazılmış qızıl metalın dəyəri 13 min manat, üzərində qızıl rəngli imza olan daş parçasının qiyməti 150 manat, qızıl metaldan qalstuk sıxanın dəyəri 200 manat, gümüşü rəngli açar saxlayanın dəyəri 150 manat, qızıl metaldan qalstuk sıxan və köynək düymələrinin dəyəri 750 manat, gövdəsində “İşgüzar əməkdaşlığa görə nazir, akademik Əli Abbasov” yazılmış saatın qiyməti 750 manat, “Tissot” markalı saatın qiyməti 250 manat, “Pierre Cardin” markalı suvenirin qiyməti 120 manat, ətir və qələmlərin qiyməti 2750 manat, ümumilikdə 22 əşyanın dəyəri 25.420 manat qiymətləndirilib.

“Aztelekom” MMC-nin baş mühasibi olmuş Oqtay Rüstəmovun Badamdar qəsəbəsində olan evə, Türkan qəsəbəsində olan bağ evinə, Xaçmaz rayonunda olan torpaq sahəsinin üzərinə həbs qoyulub.

İstintaq zamanı Vidadi Zeynalovun və onun ailə üzvlərinin də əmlaklarının üzərinə həbs qoyulub.

Dəymiş ziyanın ödənilməsi məqsədi ilə “Aztelekom” MMC-nin baş direktoru olmuş Məmmədov Məmməd Əsgər oğlunun arvadı Şükufə Məmmədovanın adına Binəqədi rayonunda olan mənzil, qızı Şeyda Məmmədovanın adına Nəsimi rayonunda olan mənzil, Səbail rayonunda olan qeyri-yaşayış sahəsi, oğlu Babək Məmmədzadənin adına olan mənzilin üzərindən həbs götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar