Milli azlıqlar Cəmil Həsənliyə səs verməyə çağırılır

“Demokratik elektoratı birləşdirən Milli Şuranın prezidentliyə vahid namizədi bizim Cəmil müəllimə: - “Verdiyim hər bir vədi, hər bir sözü, həyatım bahasına olsa belə yerinə yetirəcəyəm!” – deyən öz layiqli namizədimizə səs verək!” .

Bu barədə EL Hərəkatı və Milli Şuranın üzvləri Eldəniz Quliyev, Mehdibəy Səfərovun Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıqlar və etnik qruplara ünvanlanan müraciətində deyilir.

“Yetər, uzun illər ərzində verilmiş yalançı vədlərə inandıq! Yetər, yalan siyasətə, yalan həyata və yalançı məmurlara ümid edib aldandıq! Biz elə bir cəmiyyət qurulmasını arzu edirik ki, insan hüquqlarının bütün spektri – sosial, dini, milli özünü ifadə, milli-mənəvi dəyərlər sistemi, ifadə azadlığı, bərabərhüquqlu yaşayış prinsipləri, eləcə də digər fundamental hüquq və azadlıqlar qanunlarla müdafiə olunsun! Ölkəmizdə hər bir xalqın mental irsi - dili, dini, mədəniyyəti, adət-ənənəsi, tarixi və digər milli keyfiyyətləri dövlət tərəfindən yüksək səviyyədə hifz olunsun, inkişaf etdirilsin! Bu yanaşmaya alternativ olmamalıdır!

Bütün bu deyilənlər azad, ədalətli və demokratik seçkilər yolu ilə, həqiqətən xalq tərəfindən seçilən parlament və həqiqətən xalq tərəfindən sevilib qəbul olunan prezident və onun komandası vasitəsilə gerçəkləşdirilməlidir!”- , sənəddə qeyd edilir.

Müraciətdə insanlar 9 oktyabrda keçiriləcək prezident seçkilərində hamılıqla iştiraka səslənir.

“Gəlin, ürək qızdırdığımız, inandığımız, bizlərə hörmət, qayğı və səmimiyyətlə yanaşan namizədi dəstəkləyək! Bu namizəd, sadaladığımız məsələlərin məsuliyyətini öz üzərinə götürən, dünya şöhrətli alim, professor Cəmil Həsənlidir!”, - bəyanatda vurğulanır

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar