"AST TELMAN"ın QARDAŞININ TÖRƏTDİYİ QƏTLLƏRİN DETALLARI - 5,5 milyon borc alıb və...

Rusiya İstintaq Komitəsi: "Telman İsmayılovun qardaşı iki ay əvvəl həbs olunub" 

İş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılov iki ay əvvəl Moskva ətrafında həbs olunub. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yelena Fokina deyib.

O bildirib ki, hazırda araşdırma gedir.

“Mövzunun niyə məhz indi aktuallaşdığını anlamıram”, - deyə o vurğulayıb.

Qeyd edək ki, R. İsmayılov iki iş adamının qətlində günahkar bilinir. Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, onun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.

Məlumata görə, Telman İsmayılovun qətldə ittiham olunan qardaşı Rafiq İsmayılovun həbsinə qərar verən müstəntiq adıgedən cinayət işindən kənarlaşdırılıb. Lent.az-ın məlumatına görə, bu barədə qətlə yetirilən Vladimir Savkinin oğlu Roman Savkin yerli jurnalistlərə bildirilib.

Başqa bir məlumata görə, Rafiq İsmayılov bu dəqiqələrdə Moskva vilayətinin Mojaysk rayon məhkəməsinə gətirilib. Zala onu yaxınlarından başqa heç kim buraxılmayıb. Məhkəmə yaxın saatlarda İsmayılovla bağlı qərara verməlidir.

Qeyd edək ki, Rafiq İsmayılov ticarət komplekslərinin sahibi Vladimir Savkin “Lyublino motors”un təsisçisi Yuri Brilyovun güllələnməsində şübhəli bilinir. Onun birlikdə həbs olunmuş killer Rafiq İsmayılov Mehman Kərimova “İki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb

Məlumata görə, Rafiq İsmayılov qətlini sifariş verdiyi Vladimir Savkinə 5 milyon 500 min dollar borclu imiş. Bu barədə Rusiya KİV-ə istintaq orqanlarındakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, bir neçə il öncə onların Moskvada şərikli əyləncə mərkəzləri olub. Sonradan həmin mərkəzi satıblar. İsmayılov ümumi puldan 5 milyon 500 min dollar götürərək tezliklə qaytaracağını söz verib, amma qaytarmayıb.

Qətlə yetirilən Yuri Brilyov isə təsadüfən hadisə yerində imiş. Savkin görüşə tək getməmək üçün dostunu da özüylə götürübmüş. Nəticədə hər ikisi killerin qurbanı olub.

İstintaq sübut edib ki, Rafiq İsmayılov hadisə yerinə killer Mehman Kərimovu gətirib. Rafiq İsmayılov oğlu Rauf İsmayılovun “Mersedes”ində güllələnən biznesmenlərin qətli yerinə Mehman Kərimovla görüşə gəlib.Avropa.info xəbər verir ki, saxlanılmış killer 16 may tarixində Novorijsk şosesində Vladimir Savkinlə görüş təyin edib. Gözlənilmədən Savkin hadisə yerinə özü ilə “Lyublino motors”un direktoru Yuri Brilyovu da gətirib. İstintaq müəyyən edib ki, killer Mehman Kərimovla bir yerdə Rafiq İsmayılov da olub. Bu faktı müşahidə kameraları qeydə alıb.

Kameralardan alınan videoyazıdan müəyyən edilib ki, görüşə bir neçə dəqiqə qalmış Rafiq İsmayılovun və Mehman Kərimovun “Meresedes”i yanacaqdoldurma məntəqəsinə daxil olub. Öldürülmüş biznesmenlər İsmayılovu salonda görməsinlər deyə avtomobili uzaqda saxlayıblar.

Biznesmen Vladimir Savkinin qarşısına yalnız Mehman Kərimov çıxıb. Qısa söhbətdən sonra “Toyota – Lend Kruzer” cipinə oturaraq hadisə yerindən uzaqlaşıb. 40 saniyə sonra onun ardınca Rafiq İsmayılovun “Mersedes”i çıxıb.

Yanacaqdoldurma məntəqəsindən bir neçə kilometr aralı “Toyota – Lend Kruzer”in salonunda güllələnmiş biznesmenləri tapıblar. Vladimir Savkin və Yuri Brilyov başlarından güllə yarası almış şəkildə tapılıblar. Hadisədən qısa müddət sonra Mehman Kərimov saxlanılıb. O, günahını etiraf edib. Sorğu-sual zamanı məlum olub ki, güllələmə anı Mehman Kərimov arxadan gələn Telman İsmayılova bir neçə dəfə atəş açıb.

Saxlanıldıqdan sonra Mehman Kərimov bildirib ki, Savkin ona 500 min dollar borclu idi. Bu səbəbdən onu öldürüb. Lakin istintaq müəyyən edib ki, münaqişə Kərimov və Savkin arasında deyil, Rafiq İsmayılov arasında olub.

Vladimir Savkin Rafiq İsmayılovla birgə Moskvada iri ticarət-əyləncə kompleksinin ortağı imişlər. İsmayılov biznesi satıb və bütün pulu özünə götürüb. Savkin bir neçə milyon dollar borcu varmış və Savkin pulunu qaytarmağa çalışırmış.

Mehman Kərimov bu hadisədə münaqişə tərəfləri arasında münaqişəni həll edən tərəf kimi çıxış edib.

Qeyd edək ki, hal-hazırda Rafiq İsmayılov həbsdədir, lakin günahını inkar edir. Bununla yanaşı killerin biznesmenlərlə görüşü zamanı yanacaqdoldurma məntəqəsində olduğunu qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar