Ukrayna Təhlükəsizlik Xidməti Krımda iki hərbçini oğurlayıb - Rusiya MN

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları iki rusiyalı əsgəri saxlayaraq ölkədən çıxarıblar.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilir.

“Noyabrın 20-də Krımda Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən iki rusiyalı hərbi qulluqçu - gizir Maksim Odintsov və çavuş Aleksandr Baranov qeyri-qanuni olaraq saxlanılıb və Ukraynanın Nikolayevsk vilayətinə aparılıblar”, məlumatda deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, xüsusi xidmət orqanları hərbçilərə qarşı uydurma cinayət işi açmaq niyyətindədirlər.

“112 Ukrayna” telekanalının xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti saxlanılan hərbçilərin Krımın ilhaqından sonra Ukrayna ordusundan fərarilik edərək Rusiya tərəfinə keçdiklərini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar