Yaponiyada güclü zəlzələ baş verib - Sunami təhlükəsi elan edilib

Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Fukusima prefekturasından yerləşib.

Sunami təhlükəsi elan edilib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Təbii fəlakətlə əlaqədar ümummilli xəbərdar etmə sistemi işə düşüb.

Ölkənin bütün mobil qurğularına müvafiq bildirişlər gəlib. 3 metr hündürlükdə sunami olacağı barədə xəbərdarlıq yayılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar