ABŞ-dan terror xəbərdarlığı

ABŞ Dövlət Departamenti bazar ertəsi öz vətəndaşlarına bütün Avropa qitəsi ərazisində yüksək terror hücumu riskinin olması barədə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin yaydığı bəyanatda bildirilir.

"Dövlət Departamenti Amerika vətəndaşlarına Avropa ərazisində, xüsusilə də bayramlar zamanı yüksək terror hücumu risklərinin olması barədə xəbərdarlıq edir. Etibarlı məlumatlara görə, İŞİD, “Əl-Qaidə”, həmçinin onların filialları Avropada terror aktları planlaşdırmaqda davam edirlər", - deyə məlumatda qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar