Neft yenidən bahalaşır

Oil CelebrationOPEC üzvlərinin istehsalın azaldılması danışıqlarında irəliləyiş olması barədə xəbərlər ilə neft bahalaşır.

Liviyanın OPEC-dəki nümayəndəsi Mohamed Oun, Viyanada OPEC-in baş qərərgahında keçirilən ilkin görüşlərin ardından etdiyi açıqlamada, üzv ölkələrin fərdi kvotaların təyin olunmasına dair danışıqların yaxşı getdiyini qeyd edib.

Goldman Sachs Group Inc., bir razılaşma olması ehtimalının yüksək olduğunu qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin də hasilatı müəyyən bir səviyyədə dondurmağa hazır olduqlarını açıqlayıb və OPEC razılaşmasının olacağına inandığını deyib.

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) Sentyabr ayında əldə etdiyi qeyri-rəsmi istehsal azaldılması razılaşmasını 30 Noyabrdakı yığıncaqda yekunlaşdırmaq istəyir. Bu məsədlə təkrar diplomatik səylərə başlanması ilə, neft 14 Noyabrda gördüyü səkkiz həftənin ən aşağı səviyyəsindən yüksəlir.

Analitiklər bildirirlər ki, OPEC razılaşması neft qiymətlərini 50 dollara doğru yüksəldəcək. Əgər bütün üzv ölkələrin daxil olmadığı şifahi bir razılaşma olsa, bazar bundan mənfi təsirlənəcək. Qiymətlər təkrar 45 və 46 dollar ətrafına düşə bilər.

Qərb Teksas nefti (WTI) Nymex birjasında 57 sent yüksələrək bareli 48.81 dolları, Brent nefti Londonda ICE Futures Europe birjasında 55 sent ya da 1.1% yüksələrək bareli 49.45 dolları görüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar