Faiz dərəcələrinin artırılması ehtimalı güclənir

“Faiz dərəcələrinin aşağı olması ABŞ iqtisadiyyatını şoklara qarşı həssas vəziyyətə gətirir”.

“APA-Economics” xəbər verir ki, bunu Federal Ehtiyatlar Sisteminin (FED) rəhbər müavini Stenli Fişer (Stanley Fischer) deyib.

Onun sözlərinə görə, iqtisadi şəraitin həssaslığı böhranla mübarizədə FED-in pul siyasətini çətinləşdirir. “Faiz dərəcələrinin aşağı olması şəraitində faizləri azaltmaq üçün pul siyasəti daha az fəaliyyət sərbəstliyinə malik olur. Aşağı faiz dərəcələri maliyyə sabitliyinə təhdid yaradır və iqtisadiyyatın uzun müddətə inkişafını azaldır”, - deyə Fişer qeyd edib.

İqtisadiyyatın bəzi sahələrində çətinlik yaşandığını deyən Fişer faiz dərəcələrinin aşağı qalmasının digər səbəbi kimi digər ölkələrin iqtisadiyyatlarında inkişafın azalması, investisiyaların aşağı səviyyədə qalması və istehsaldakı inkişafın zəifləməsini göstərib.

Qeyd edək ki, FED-in bu ilki son iclası dekabrın 13-14-də keçiriləcək və 2 günlük iclasdan sonra faiz dərəcələri ilə bağlı qərar açıqlanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar