Bakıda sabiq polis əməkdaşı güllə yarası alıb

Bakıda təqaüddə olan polis ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində Allahyarov Şəmşəddin Nurəddin oğluna məxsus evdə qeydə alınıb.

Belə ki, ev sahibi 52 yaşlı Ş.Allahyarov ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə o, sol biləyindən xəsarət yetirib.

Yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Ş.Allahyarovun sol qolu əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Ş.Allahyarov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində polis mayoru kimi fəaliyyət göstərib. 6 ay bundan öncə o təqaüdə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar