DOLLAR YENİDƏN BAHALAŞDI - Məzənnə açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən “APA-Economics”ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,32% artaraq 1,7146 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7091 manata bərabər olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankında (AMB) noyabrın 22-si Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.7091 məzənnəsi ilə başlayıb və 1.7146 ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan bu proses dayanıb və dollar manata nisbətən dəyər qazanmağa başlayıb.

2006-ci il yanvarın 1-də manatın denominasiyasından sonra heç vaxt ABŞ dolları Azərbaycanda bu həddə yüksəlməyib. Onda 1 yeni manat 5000 köhnə manata bərabər götürülmüşdü.(Azadlıq radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar