Bakıda avtomobil 69 yaşlı qadını vurub

Sürücü xəsarət alan qadını xəstəxanaya çatdırıb

Bakıda yolu keçmək istəyən 69 yaşlı qadını avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb. Belə ki, 1947-ci il təvvəllüdlü Əliyeva Lətifə Abdul qızı yolu keçmək istəyərkən onu "Toyoto Prado" markalı avtomobil vurub.

Xəsarət alan qadını "Toyoto Prado" markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırıb. Qadın əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Toyoto Prado" markalı avtomobilin sürücüsü özünü jurnalist kimi təqdim edib. Onun adı açıqlanmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar