ZİYA MƏMMƏDOV MEDİA QARŞISINA ÇIXDI - "Qarşımda duran vəzifə..." - FOTOLAR

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov uzun müddətdən bəri ilk dəfə olaraq medianın qarşısında görünüb. Nazir bu gün Bakıda işinə başlayan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiyalar sərgisinin açılışında olub.

Fins.azın suallarını cavablandıran nazir rəhbərlik etdiyi qurumun normal şəkildə fəaliyyət göstərdiyini bildirib.

Konkret işlərə gəlincə, Z.Məmmədov bildirib ki, hazırda əsas məsələlərdən biri Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin başa çatdırılması və ölkədə avtomobil yollarının tikintisi ilə bağlıdır: «Nazirliyimiz bu istiqamətlərdə qarşısında dayanan vəzifələrin icrası ilə məşğuldur».

Nazir bildirib ki, bu cür sərgilərin keçirilməsi nəticəsində dünyada mövcud olan böyük investorlar perspektivdə Azərbaycana gələcəklər:

“Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Burada iştirak edən xarici şirkətləri əməkdaşlığa dəvət edirik”.

0 dd716a45-ffcf-4d97-af55-6c907b13c29a

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar