“Qardaşlarımın məzarlarının dağıdılması ilə bağlı məlumatlar yalandır” - Nardaran sakini

“Qardaşlarımın məzarlarının dağıdılması ilə bağlı məlumatlar yalandır”.

Bu sözləri APA-ya açıqlamasında ötən ilin noyabrında Nardaran hadisələri zamanı öldürülən Rəfael və Fərayıl Bünyatovların qardaşı Sərdar Bünyatov deyib. Onun sözlərinə görə, Nardaran hadisələri ilə bağlı tutulan şəxslərin məhkəmədə səsləndirdiyi iddialar əsassızdır: “Burda məzarı olan şəxslərdən ikisi mənim qardaşım, biri isə qohumumdur. Yazırlar ki, guya kimlərsə məzarları dağıdıb. Yalandır. Mən qardaşlarımın məzarının dağıdılmasına necə göz yuma bilərəm?”

S. Bünyatov həmçinin qeyd edib ki, ölən şəxslərin məzarlarının üstü yenidən götürülür: “Burda dörd nəfərin məzarı var. Əvvəl dörd məzarın üstünə bir sinə daşı qoyulmuşdu. Sonradan ölən şəxslərin qohumları hər qəbrin üstünün ayrı-ayrılıqda götürülməsini istədi. Ailə üzvlərinin razılığı ilə məzarların üstü yenidən götürülür. Çalışacağıq ki, ölənlərin ili çıxanadək qəbirlərin üstünü götürək”.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı öldürülən 4 nəfərin məzarlarının dağıdılması barədə "Nardaran işi" üzrə keçirilən məhkəmədə təqsirləndirilən Cabbar Cabbarov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar