4 MİLYONA GENERALIN HƏBSİNİ SİFARİŞ EDƏN KİM OLUB? – “Marriot” hotelində görüş (ŞOK)

Dərc olunub: 22/11/2016 - 23:10

“Pulun bir hissəsini verən adam məni tez-tez narahat edir ki, generalı bitirəcəyinizə söz vermişdiz, bəs nə oldu?”

dollar1

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevin əmlakını ələ keçirdiyi “EURO TİKİNTİ” MTK-nın sədri Nəsimi Sadıqovun mediaya müraciət və açıqlamalarında xüsusi diqqət çəkən bir məqam var.

“AzPolitika.info”nun məlumatına görə, N.Sadıqov criminal.az saytına açıqlamasında ”Marriot” hotelində bir iş adamı və ”Akula Akif” arasında özünün də iştirak etdiyi görüşün şok detalları barədə danışıb.

N.Sadıqov bildirib ki, həmin görüşdə iştirak edən iş adamı ilə onun şəriki ”Akula Akif” arasında baş tutan maraqlı dialoqun şahidi olub. Həmin dialoq təxminən aşağıdakı kimi olub:

Şəriki: 4 milyon 400 min manat verdik, bəs nə oldu generalın məsələsi?

”Akula Akif”: Görmədin, cənaba (Eldar Mahmudovu nəzərdə tutur) dedim, işdən çıxartdırdım.

Şəriki: Biz belə danışmamışdıq axı…

‘Akula Akif”: Generalı işdən çıxardıq, tez bir zamanda həbs ediləcək. Ondan sonra əmlakına da həbs qoyulub sizin də paylarınız qaytarılacaq…

Şəriki: Pulun bir hissəsini verən adam məni tez-tez narahat edir ki, generalı bitirəcəyinizə söz vermişdiz, bəs nə oldu?

”Akula Akif”: Generalın arxasında ”Ağbaş” durur, ona hələ gücümüz çatmır, amma onun da axırına az qalıb. Gedin təcili general barəsində mətbuatda, xüsusilə ”Müsavat” və ”Azadlıq” qəzetlərində onu gözdən salmaq üçün xoşagəlməz məqalələr yazdırın.

N.Sadıqovun sözlərinə görə, həqiqətən həmin söhbətdən sonra qəzetlərdən birində generalı gözdən salmaq üçün iftira dolu məqalələr yazıldı.

Söhbət hansı generaldan gedir, bu sirr deyil. Burda yeni və sözün əsl mənasında sensasiyalı məqam adını çəkməyə ehtiyac görmədiyimiz generalın “vurulması” üçün Eldar Mahmudovun kimdənsə sifariş almasıdır. Şəriki vasitəsilə Akif Mustafayevə 4 milyon 400 min manat verərərək, nüfuzlu generalın həbs olunmasını sifariş edən kimdir?

Kerem-Eldar

Bu sual ətrafında təhlil və araşdırma aparan bəzi saytlarda konkret ad çəkilib. Məsələn, 24saat.org saytı bəzi mülahizələrə asaslanaraq iddia edib ki, generalın həbsinin sifarişçisi Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənov ola bilərdi. Bu iddia həqiqətə nə dərəcədə yaxındır, demək çətindir. Lakin “AzPolitika” xatırladır ki, burda eyham vurulan generalın və Kərəm Həsənovun adı oxşar başqa bir iddiada da keçir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş əməkdaşı, 2014-cü ilin sentyabrında MTN tərəfindən həbs olunmuş Mətləb Mustafayev də həbsinin K.Həsənov tərəfindən MTN-ə sifariş olunduğunu iddia edir və bildirir ki, istintaqda ondan bir generalın əleyhinə ifadə almaq istəyiblər. Yəni onun həbsi, dolayısilə həmin generala qarşı əməliyyat olub. Lakin M.Mustafayev MTN-dəki işgəncələrə rəğmən, istintaqçıların tələb etdikləri ifadəni vermədiyindən bu əməliyyat pozulub. Bütün bunlar təsadüfdürmü?

Rasim ƏLİYEV
AzPolitika.info

M.Mustafayevin Prezidentə həbsdən sonrakı videomüraciətini təqdim edirik:


loading...


Fikrinizi bildirin