“ALLAH BƏLASINI VERSİN ELDAR MAHMUDOVUN!” - Bağlanan bankın sahibindən şok açıqlamalar

"Eldar Mahmudovun göstərişləri ilə çox adama kreditlər verdik. Hamısı da batdı"

eldar-main

“Mən Eldar Mahmudov və onun dəstəsindən ən çox zərərçəkənlərdən biri olmuşam. Sizin saytınızda Eldar Mahmudovla işbirliyimin olması və “Zaminbank” vasitəsilə onun “çirkli pullarının” xaricə çıxarılması barədə iddiaları qəbul etmirəm”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında bu yaxınlarda fəaliyyəti dayandırılan “Zaminbank”ın sahibi Nadir İsmayılov “Mahmudovun “çirkli pulları” “Zaminbank”la çıxarılırmış- MTN POLKOVNİKİ QARDAŞINI BANKA NƏZARƏTÇİ GÖNDƏRİB” başlıqlı araşdırmaya münasibət bildirərkən söyləyib.

Xatırladaq ki, adıçəkilən yazıda Eldar Mahmudovun Azərbaycanda cinayət yolu ilə qazandığı yüz milyonlarla vəsaitin bir hissəsini Beynəlxalq Bankla yanaşı həm də adıçəkilən bank vasitəsilə xaricə çıxarmasında bəhs olunur. əlumatlarda qeyd olunur ki, Eldar Mahmudovun ailə üzvlərinin adına Avropada alınan mülklərin pullarının ödənişi də “Zaminbank” vasitəsilə həyata keçirilib.

Bundan başqa “Zaminbank” rəhbərliyi iş adamlarının hesabları barəsində MTN-nə davamlı informasiyalar ötürməklə bankçılıq prinsiplərinə xəyanət edib. Araşdırma zamanı Nadir İsmayılovun MTN-nin tapşırığı ilə Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Fizuli Əliyevin qardaşı Elşən Əliyevi məhz bu bankda yüksək vəzifəyə təyin etdiyi də üzə çıxıb.

Nadir İsmayılov hazırda ağır durumda olduğunu deyib: “Mənim bankım niyə bağlanmalı idi. Allah bəlasını versin, Eldar Mahmudovun! O, məni bu günə qoydu. Məni aparıb, MTN-nə salmışdılar. Heç bir hüquqi əsas olmadan bir sutka saxlayıb, ağlasığmaz məbləğ istədilər. Sonradan Eldar Mahmudovun “Bilal” MTK adlı Tikinti Şirkəti onun tapşırığı ilə 1.5 milyon kredit götürdü. Həmin krediti qaytarmadılar. Eldar Mahmudovun göstərişləri ilə çox adama kreditlər verdik. Hamısı da batdı. Mənim bankımın bağlanmasının səbəbkarı Eldar Mahmudovdur. Bu gün onun mənə külli miqdarda borcu var”.

MTN-nin şöbə rəisi Füzuli Əliyevin qardaşının “Zaminbank”da vəzifə tutması faktına gəlincə, Nadir İsmayılov bildirdi ki, bu fakt olub: “Həqiqətən Elşən Əliyev bizim bankda işləyib. O, filial müdiri olub”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar