HƏYAT: RUSİYADA VƏ ABŞ-da - İki adanın timsalında +Fotolar

Berinq adasındakı Nikolskoye (683 sakini var) kəndini və Adak adasındakı Adak şəhərini (326 sakini var) götürərək, Rusiya və ABŞ-da həyat səviyyəsini və həyatın keyfiyyətini müqayisə edək.

Rusiya ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) aralığında Aleut və Komandorsk adaları yerləşir. Dərhal qeyd edək - hər iki yaşayış məntəqəsində iqlim eynidir və həyat tərzindəki fərqi iqlimlə izah etmək istisnadır.

Yollardan başlayaq. Rusiyada yollar:

ABŞ-da yollar:

Nikolskoyedə evlər hətta evləri yox, dilənçilərin sığındığı düşərgə baraklarını xatırladır. Aşağıdakı şəkildən görsənir ki, burada «trotuar»lar, «qazon»lar və küçə fanarları ümumiyyətlə, yoxdur. Bəli, 21-ci əsrdə küçə fanarları yoxdur!

Bu isə Adakdır - ABŞ-dır. «Trotuar»lar, evlər ətrafında «qazon»lar, abadlıq, yaşıllaşdırma və küçə fanarları...

Məktəbləri müqayisə edək. Rusiya - Nikolskoye:

ABŞ - Adak:

Nikolskoye - nə arxitetktura, nə də infrastruktur var. Lənət şeytana, yerdən qazılmış «dəlik-tualet»ə gedirlər:

Adak - Sivilizasiya, kanalizasiya, «lük»lər, su kəməri, küçə fanarları... Yamacda salınmış şəhər. Amma buranın sakinlərinin sayı Nikolskoye kəndindən iki dəfə azdır! Nə üçün onlar yaxşı yaşayırlar? Nə üçün onlarda şəhər mühiti, infrastruktur inkişaf edib?

Nə üçün onlar da ikimərtəbəli, çoxmənzilli baraklar, taxtabiti məskənləri və birmərtəbəli tövlələr tikmək istəmirlər? Bunun sirri nədir? Qeyd etdik ki, iqlim hər iki məskəndə eynidir...

Nə üçün amerikalılar hansısa uzaq bir adada ideal yollar çəkmək və onları «çalaçuxur təmir»siz lazımi vəziyyətdə saxlamaq kimi əməllərə baş vururlar? Ritorik sualdır. Yaxşı, qayıdaq Berinq adasına. Bax, yenə bir neçə foto. Rusiya, Nikolskoye, yaşayış evi:

ABŞ, Adak, yaşayış evi:

Nikolskoyedə xəstəxana - yerli «görməli məkan». Bilinmir, burada heç olmasa, USM və rentgen aparatları varmı?

Adakda xəstəxana. Yenə də bilinmir, burada USM və retgen aparatı varmı?

Bu da Nikolskoyedə ərzaq mağazasıdır:

Bu isə Nikolskoyedə bulka dükanıdır:

Nikolskoyedə ağ çörək var, qara çörək isə hərdənbir olur. Burada qara çörək matah ərzaq və delikates sayılır. Nikolskoyedə «tualet kağızı» ümumiyyətlə, yoxdur. İnsanlar özlərini otla, ağac yarpaqları ilə və s. silirlər. Vladimir Putinə və «Vahid Rusiya» partiyasına səs verirlər. İndi isə müqayisə üçün baxın - Adakda ərzaq mağazası. Bax, mənəviyyatsız amerikalılar özlərinin uzaq adalarında necə qəşəng supermarketlər tikirlər:

Nikolskoye ilə Adak arasında məsafə cəmi 1200 kilometrdir. Yeri gəlmişkən, Adakda belə şabalıdı-sarı rəngdə, qeyri-adi formalı-arxitekturalı evlər də var. Görəsən, onlar bu üçbucaqları nə üçün düzəldirlər?

Bax, Adakda daha bir ev. Görün, sadə amerikalılar orada necə yaşayırlar:

Bu da Berinq adasında bir ev:

Əgər mən, bu evdə doğulmuş olsaydım, ləngimədən, evi və həyətyanı sahəni satıb, sonuncu qəpiyimə qədər verib bir «motorlu qayıq» alar və aradakı lənətə gəlmiş 1200 kilometri üzü şəqrə (Adaka, ABŞ-a) üzüb keçərdim!

Sizlər necə, qalıb belə taxtabiti məskəni «taxta evlər»də yaşamaq istərdinizmi!

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar