"DTX ONUN KİMİ CİNAYƏTKARLARIN YERİ DEYİL!" - Bəraət alan MTN məhbusu Mədət Quliyevə müraciət etdi 

Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi şəxs haqqında həbs qərarını ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkədə açıqlama yayıb. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Mətləb Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilərək, 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvəsində saxlayaraq, şikayəti təmin etməyib.

Müdafiə tərəfinin kassasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Vəkilin bildirdiyinə görə, Mustafayev Mətləb Nəriman oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib. O, 2014-cü ilin sentyabrında MTN əməkdaşları tərəfindən saxlanılıb.

Vəkil hesab edir ki, Mustafayev Mətləb Nəriman oğlunun barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək, cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.

Qeyd edək ki, M. Mustafayev Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin əməkdaşı olub. M. Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyevin (təcridxanada intihar edib) Mətləb Mustafayevdən başqalarının əleyhinə ifadə almağa çalışdıqları bildirilir.

medet quliyev mtn milli tehlukesizlik xidmeti azpolitika dovlet tehlukesizlik xidmetiGununsesi.info-ya açıqlamasında Mətləb Mustafayev bildirib ki, uzun zamandır bəraət alması üçün mübarizə aparır: “Ali Məhkəmə barəmdə olan saxta hökmlə bağlı şikayətə baxdı və cinayət işinə bəraətverici əsaslarla xitam verdi. Mən gözləyirəm ki, bu hökmün ardından mənə qarşı saxta cinayət işi quran MTN İstintaq Baş İdarəsinin sabiq rəis müavini Təhsin Ağayev və mühüm işlər üzrə müstəntiq Elşən Murtuzov cinayət məsuliyyətinə cəlb olunsun. Mən DTX rəisi, hörmətli Mədət Quliyevə müraciət edirəm: Artıq bəraət almışam. Elşən Murtuzov oradan rədd edilməlidir! Elşən kimi cinayətkarların yeri DTX yox, Kürdəxanı təcridxanasıdır”.

M.Mustafayev deyib ki, hazırda qardaşının ölümünün səbəblərini araşdırır və onu intihara vadar edənlərin cəzalanması üçün mübarizə aparır.

M.Mustafayev "AzPolitika" vasitəsilə, həmçinin, Daxili İşlər naziri Ramil Usubova da müraciət edərək, özünün və ailəsinin təhlükəsizliyinin təmin olunmasını xahiş edib.   

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar