Prezidentin sevgilisi olmuş model danışdı: “10 milyon dollar təklif etdilər...”

Adı ABŞ-ın keçmiş prezidenti Bill Klintonla hallanan Monika Levinski illər sonra ilk dəfə bu münasibət haqqında danışıb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, “Vanity Fair” jurnalına intervyusunda Levinski bildirib ki, prezidentlə yaşadığı sevgi macərasından sonra həyatında çətinliklər olub:

“Baş verənlərə görə çox peşmanam. O məndən istifadə etdi, lakin bu qarşılıqlı razılıq əsasında yaranmış bir münasibət idi. Ondan sonra həyatımda çox çətinliklər oldu. Baş verənlər iş tapmağıma da təsir edirdi. Mənə 10 milyon dollarlıq təkliflər gəldi, qəbul etmədim. Mətbuatda da məni çox təhqir edənlər oldu”.

Qeyd edək ki, Bill Klintonun Ağ evdə çalışan Monika ilə münasibətləri haqda məlumat 1998-ci ildə ortaya çıxıb. Prezident bunu ilk öncə inkar etsə də, sonradan onun Levinski ilə əlaqəsi olduğunu etiraf edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar