ABŞ-da 6,8 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Kaliforniya ştatının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Ferndeyl şəhərindən 165 kilometr qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə xəbərdarlıq elan olunmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar