Rusiya-Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupu yaradılır

"Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun yaradılması gündəmdədir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Parlamentskaya qazeta"da keçirilən Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan "Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı sərfəli əməkdaşlıq" adlı dəyirmi masada iştirak edən Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

D. Savelyev Azərbaycanın Rusiya ilə Türkiyə arasında əlaqələrin möhkəmlənməsində vasitəçi rolunu qeyd edərək deyib ki, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Türkiyəyə səfəri zamanı Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupu yaradılması məsələsinin müzakirə olunduğunu söyləyib: "Vladimir Jirinovski Türkiyə Parlamentində keçirdiyi görüşdə üç ölkənin parlament dostluq qruplarının birgə görüşlərinin keçirilməsini müzakirə edib. Türkiyə və Azərbaycan tərəfi də buna razılıq verib. Qrupun ilk iclasının Bakıda keçirilməsi planlaşdırılır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar