«Moskva İŞİD-ə qarşı mübarizəyə mane olur» - Gizli Kəşfiyyat Xidməti

putin«İŞİD Britaniya və onun müttəfiqlərinə hücum planlaşdırıb. Bu, Rusiyanın Suriya prezidenti Bəşər Əsədin opponentlərini məhv etmək üçün səylərini artırması fonunda baş verir».

Bu açıqlama ilə Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin rəhbəri (MI6) Aleks Yanger çıxış edib.

Yangerin fikrincə, Moskva Əsədin opponentlərini yox etməklə İŞİD-lə mübarizəyə əngəl yaradır: «Rusiya və Əsəd rejimi Suriyanı səhraya çevirmək istəyir. Adını da sülh qoyublar. Orada baş verən insanlıq faciəsi ürəkağrıdandır».

Qeyd edək ki, bu Yangerin 2014-cü ildən – MI6 rəhbərliyinə gəlişindən bəri verdiyi ilk açıqlamadır.

Yanger onu da bildirib ki, hazırda Britaniya terrorçular tərəfindən presedentsiz təhdidlə üzləşib: «Mən bu açıqlamanı verdiyim vaxtda İŞİD-in yaxşı təşkilatlanmış strukturları Britaniya və onun müttəfiqlərinə qarşı hücumlara, zorakılıq aktlarına hazırlaşır. Planlarını reallaşdırmaq üçün onlar heç Suriyanı tərk etməyə də ehtiyac duymurlar».(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar