«Cəbhət ən-Nusra» Hələbdən təxliyyə olunmasını istəyib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, hökumət qüvvələri tərəfindən mühasirəyə alınmış «Cəbhət ən-Nusra" qruplaşmasının döyüşçüləri Hələb şəhərindən təxliyyə olunmalarını xahiş ediblər. Onlar şimal dəhlizi - Kastello yolu ilə şəhəri tərk etməyə razılaşıblar.

Bu barədə xəbəri Suriya hərbçiləri ilə silahlılar arasında vasitəçilik edən mənbələrə istinadla «Hizbullah» hərəkatına məxsus Əl-Manar telekanalı yayıb.

Telekanalın məlumatına görə, hazırda Suriya ordusu bu qruplaşmanın Bustan-əl-Kəsr rayonundakı sonuncu qalasına hücuma keçməyə hazırlaşır və bu məqsədlə terrorçuların atəş mövqelərinə və komanda məntəqələrinə güclü-silsilə zərbələr endirib.

Çərşənbə günü hökumət qüvvələri Hələbin mərkəzində şəhər müdafiəçiləri ilə birləşiblər. Hazırda onlar şəhərin tarixi hissəsində terrorçular tərəfindən tərk edilmiş məhəllələrinin təmizlənməsi ilə məşğuldurlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar