Hasilatın azaldılmasında ciddi fikir ayrılıqları yaranıb

opec-8 (1)OPEK-ə qeyri üzv olan 14 ölkədən cəmi beşi dekabrın 10-da Vyanada neft hasilatının sutkalıq həcminin azaldılmasını müzakirə etməyə razıdır.

OPEK-ə qeyri üzv olan 14 ölkədən yalnız Rusiya, Azərbaycan, Oman, Qazaxıstan və Meksika danışıqlarda iştirak etməyə razılıq verib.

Digər mənbə agentliyə bildirib ki, OPEK-ə üzv olmayan ölkələr, böyük ehtimalla, sutkalıq hasilat həcmini əvvəlcədən nəzərdə tutulan 600 min barel yox, 500 min barelədək azaltmağa razılaşacaqlar.

Rusiya nümayəndə heyətindəki mənbə “TASS”a OPEK-ə qeyri üzv olan ölkələrin görüşünü təxirə salınacağını istisna etməyib: “OPEK-ə üzv olan ölkələrin özlərinin daxilində neft hasilatının azaldılmasına dair ciddi fikir ayrılıqları mövcuddur”.

Qeyd edək ki, dekabrın 14-də Vyanada OPEK-ə qeyri üzv ölkələrin görüşü nəzərdə tutulub. Görüşə Azərbaycan da daxil olmaqla, 14 ölkə dəvət alıb. /APA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar