DOLLAR ƏLİNİZDƏ QALA BİLƏR - Banklar dollar almayacaqlar

Azərbaycanda dolların məzənnəsinin qalxmasına qarşı inzibati məhdudiyyətlər davam edə bilər.

Bazarı izləyən ekspertlərdən biri “Marja”ya bildirdi ki, ABŞ valyutasının bahalaşmasının qarşısının alınması üçün atılan növbəti addımlardan biri bankların dollar alışına məhdudiyyət tətbiq edilməsi ola bilər.

Banklar dollar satmadıqları kimi, dollar almayacaqlar və ya daha kiçik məbləğlərdə alacaqlar. Belə olan halda da vətəndaşlar dollarlarını sata bilməyəcəklər.

“Tutaq ki, banklar əhalidən 300 dollardan artıq məbləğdə dollar alamayacaqlar. Gəlir əldə etmək məqsədilə vaxtilə dollar alan insanlar məzənnə pik həddə çıxıb geriləməyə başlayanda dollarlarını satıb qazancı götürə bilməyəcəklər. Xərclərin manatdadırsa vəsaitləri manatda saxlamaq məcburiyyətində qalacaqsan. Əks halda dollarlar əldə qala bilər”.

Qeyd edək ki, bankların dollar almaq üçün manatları da tükənir. Mərkəzi Bank izafi manatları dövriyədən yığdığından dollar qıtlığı ilə bərabər manat kütləsi də azdır. Buna görə, banklar hər bir vətəndaşdan daha az dollar ala bilərlər.

Bu ssenari reallaşarsa dollar ala bilməyən banklar “qara bazar”a daha çox dollar ötürə bilməyəcəklər. İddia olunur ki, “qara bazar”a dollar banklar tərəfindən ötürülür. Əhali dollarlarını satmaq üçün kütləvi "qara bazar"a üz tutduğundan dolların qiyməti aşağı düşməyə başlayacaqdır.

İlin sonunda vergi və digər ödənişlər artdığından adətən manata təlabat artır. Həmçinin ilin ilk aylarında idxal xeyli aşağı düşdüyündən dollara təlabat azalır. Bu faktorları əsas tutaraq, dolların bahalaşmasının yaxın zamanlarda dayanacağını gözləmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar