Çexiyada axtarışda olan Rusiya vətəndaşı Azərbaycan məhkəməsinin qərarı ilə həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Çexiyada axtarışda olan Rusiya vətəndaşı Krill Smirnovun Çexiyaya təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı əsasında məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə qərarı elan edib. K.Smirnovun Çexiya Respublikasına ekstradisiya olunması barədə qərar çıxarılıb. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rusiya vətəndaşı olan K.Smirnov Çexiya Respublikasının məhkəmə qərarını icra etmədiyi üçün axtarışa verilib. O, Azərbaycanda həbs edilib. Lakin sonradan onun barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib. Çexiya tərəfi isə Rusiya vətəndaşının təhvil verilməsini tələb edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar