ABŞ İsrailin raket hücumundan müdafiə sisteminə 600,7 milyon dollar ayırıb

ABŞ Konqresi İsrailin raket hücumundan müdafiə sisteminin inkişafına 600,7 milyon dollar ayırılmasını özündə etiva edən qanunun lehinə səs verib.

“Report” “Newsru.com”a istinadən xəbər verir ki, Konqres ABŞ-ın “Müdafiə siyasəti haqqında” qanunu qəbul edib.

Məlumata görə, sənədin lehinə 375 Konqres üzvü səs verib, onların 34-ü isə qanunun əleyhinə olub. Senatda isə 92 senator qanunun lehinə, 7-si isə əleyhinə səs verib.

Xəbərdə bildirilib ki, 2018 və 2028-ci illər arasında isə İsrail ABŞ-dan 3,8 milyard dollarlıq hərbi yardım alacaq. İsrail öz növbəsində ABŞ-a hərbi sənaye kompleksinin istehsal etdiyi məhsullardan verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar