YAP-çı DEPUTAT XALQI AZ YEMƏYƏ ÇAĞIRDI! - "Ayağını yorğanına görə uzat" + VİDEO

"Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye"

elman məmmədov hüseynbala mirələmov çingiz qənizadə cingiz qenizade elman memmedov xocali huseynbala mirelemov azpolitika info

Ölkədə kommunal xidmətlərin bahalaşması, manatın ucuzlaşması fonunda yaranmış sosial-iqtisadi problemlər ölkə mediasının əsas müzakirə mövzularından biridir. Son zamanlar hakim partiya funksionerlərinin çıxışlarında isə problemin həllinə dair çağırışlardan daha çox xalqa mesajlar verilir.

Sən demə, Azərbaycan xalqı çox yeyəndir və israfçıdır. Bunu əllərində bayraq edən deputatlar xalqa ayağını yorğanına görə uzatmağı, xərcləri azaltmağı tövsiyyə edir. Gununsesi.info xəbər verir ki, belələrindən biri də YAP Xətai Rayon Təşkilatının sədri, deputat Hüseynbala Mirələmovdur.

Bu şəxs millət vəkili olmaqla yanaşı həm də qanunsuz bizneslə məşğuldur. Kifayyət qədər geniş maliyyə imkanlarına malik olan Hüseynbala Mirələmov xalqın böhrandan zəiyyət çəkməməsi üçün məsləhət verib:

“Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.

Xalqı arırlamağa çağıran deputatın özünün çəkisi kifayyət qədər çoxdur. Ona görə də elə bu tövsiyyəyə birinci onun özü əməl etsə yaxşı olar. Ölkə insanını isə düşündürən sadəcə gündəlik yaşam məsələsidir.

Deputat Çingiz Qənizadə isə bildirir ki, ailəmə mesaj verdim ki, yaxın iki il ərzində paltar alınmayacaq. Deputat qeyd edir ki, bu yaxşı üsuldur və başqalarına da məsləhət görür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar