Obama Suriyaya silah göndərilməsinə qadağanı götürdü

obama-bestAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Barak Obama Suriyaya silah göndərilməsi üzərinə qoyulmuş qadağanı götürüb. Söhbət, ABŞ-ın terrorizmə qarşı duran müttəfiqlərinin silahlandırılmasından gedir.

Amerika prezidentinin ləğv etdiyi məhdudiyyət Suriyada ABŞ-ın terrorçuluğa qarşı əməliyyatlarını dəstəkləyən və ya bu əməliyyatlarda bilavasitə iştirak edən müəyyən qruplara aiddir. Ağ Evin mətbuat mərkəzinin dərc etdiyi sənəddə xarici güclərin, qeyri-nizami ordu hissələrinin və ayrı-ayrı şəxslərin silahla təmin edilməsindən söhbət gedir.

Memorandumda qeyd olunur ki, məhdudiyyətin götürülməsi ABŞ milli təhlükəsizlik maraqları üçün böyük əhəmiyyət daşıyır. Hərbi köməyin göstərilməsi üçün dövlət katibi və müdafiə naziri Konqresin razılığını əldə etməlidir.

ABŞ administrasiyasının məmurlarından birinin məlumatına görə, bölgəyə silah göndərilməsinə qoyulmuş qismi məhdudiyyətin aradan götürülməsi Rakka şəhərinin azad ediməsi əməliyyatı ilə bağlıdır. «İslam dövləti» adlandırılan qruplaşmanın döyüşçüləri bu şəhəri Suriyada öz paytaxtı hesab edirlər.

Silah-sursat ABŞ-n əməliyyat hazırlayan müttəfiqlərinə göndəriləcək.

Məlumat üçün bildirək ki, hələ 1979-cu ildə ABŞ Suriyanı terrorçuluğu dəstəkləyən sponsor-dövlətlər siyahısına daxil edib və həmin vaxtlan etibarən, bu ölkəyə silah gndərilməsi qadağan olunub. Buna səbəb kimi, Vaşinqton tərəfindən terrorçu kimi tanınan «Hizbullah» qruplaşmasının (məsələn, Livan «Hizbullah»ı) Suriya tərəfindən dəstəklənməsi önə çəkilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar